Uzaqda görünüb sönən o işıq
Uzaqda görünüb sönən o işıq,Gecənin ən gözəl qısa sözüydü,Ya kasıb evində kədərli çıraq,Ya seyrək meşədə bayquş gözüydü.
Bir zəif meh əsib açır sinəmi,Sinəmdə nə qədər söz yeri varmış,Baxıram, unudub sevinci, qəmi,Dünyanın hər gözdə öz yeri varmış.
Bu iy heç nə ummur, yoxdur bir şərti,Dolunun döydüyü otlardan gəlir,O uzaq nal səsi, uzaq kişnərti,Tarixin getdiyi atlardan gəlir.
Bu yerlər boyanıb gecə rənginə,Hər ətri gecədir, səsi gecədir,Min şükür deyərdim verdiyi günə,Bilsəydim, Allahın özü necədir...
1996
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-uzaqda-gorunub-sonen-o-isiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir uşaq sallanır yaşıl bulaqdan,Adi uşaq kimi çılğın bəxtəvər.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı