Heç olmasa, hər yüz gündən bir,bir gündə bircə saatyadınıza salın on bir yaşınızı,yadınıza salın o günləri,görün o günlərdə nə qədər yaxın, əziz,doğma adamlarınız var idi,çoxu da sağ, sağ idi hələsizin on bir yaşınız olanda.Yadınıza salın o vaxtınneft plitəsinin iyini,yan-yana salınan yorğan-döşəkləri,qohumların, qonşuların üz-gözünü,yadınıza salın,salıb görün ki, yox idi o vaxtindi yaşadığınız günlər,bu günün dərdi-səri,görün, görün necə qəribə idi,gözəl olmasa da, on bir yaşınız...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri