Narın qumtək süzülürBarmaqlar arasındanEşitdiyin, dediyinBoş həqiqət, boş yalan...

Rəngsiz qan axıb gedirSözlərin yarasından,Yaşadığın günlərinAğından, qarasından...

Diri çıxa bilsən dəİnsanlar dünyasından,Can qurtara bilməzsənQuş səsinin yasından...

Gəlib bura çıxmısanDünyanın harasından?Geri dön, qayıt geriZərərin yarısından...

1991

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri