Necə qulaq asa bilirdi,qulaq asa bilirdi o adama...Yadında qalırdı sözlərə, cümlələrəfikirlərə bürünmüş səsininistisi də, soyuğu da.Onun yaddaşıdəqiqələr yığılmış sandıq idi.Özü də deməzdi, danış!Gözləyirdi...Sonra sənin sözləriniözünə deyərdi bir-bir,danışardı nağıl kimi.O xoşbəxt günlərdəöz nağıllarıma qulaq asa-asa,yuxuya gedərdim mən,nənəmin,rəhmətlik nənəmin səsiniyorğan kimi üstümə çəkib...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri