Bir çəpər qırağındadöyülən uşaqlığınhıçqırığı bu gün çıxa,göz yaşı axa yer üzünə, aman Allah,qırx ildən sonra,yarpaqları toz basmışbu zeytunun yanında...Bəlkə günahlardan ən böyüyüağacın gözü qabağında ağlamaqdır,bəlkə baltadan da pisdirağac dibinə daman göz yaşı...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri