NuşabəyəNifrətin yatan yerini,Qəzəbin batan yerini,Duaların göy üzündəAllaha çatan yerini,Gözlə, bilib gələcəyəm...

Çiynindən atma daşımı,Dizinə qoyum başımı,Bilsəm ki, gözləyənim var,Bir daş ilə göz yaşımı,Gözlə, silib gələcəyəm...

Məni hardasa yuxudan,Oyadıb, şeir oxudanBir cəlladın gözlərinə,Baxıb ilk dəfə qorxudan,Gözlə, gülüb gələcəyəm...

Gözlə bu gün, sabah məni,Yolda qoymaz Allah məni,Əcəl ondan tez tərpənsə,Yıxsa bir yad günah məni,Gözlə, ölüb gələcəyəm...1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri