NuşabəyəOyanma, yuxuda dəniz görürsən,Aləmi kirimiş, səssiz görürsən,Görürsən sahilin qumu sarıdır,Yumşaq barmaqların qumu arıdır...

Dənizdə bir qayıq, yelkən görürsən,Dənizi lap səhər erkən görürsən,Görürsən o qayıq yuxuda üzür,Başının üstündə qağayı süzür...

Bu yuxu sənindir, burda nə ki var,Mamırlı qayalar, xəfif dalğalar,Suları qaraldan bulud kölgəsi,Sənə laylay deyən Allahın səsi...

Oyanma, evimiz soyuqdur yenə,Yorğun dəyəcəyəm yenə gözünə,Oyanma, orada dəniz, günəş var,Mənə dəyib sınır şirin yuxular...1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar