Qaçdı dəniz, qaçdı səma bu axşam
Qaçdı dəniz, qaçdı səma bu axşam,Quşların səsi də tək qoydu məni.Üstümdə qalmayıb, sürünüb getdi,Buludun yamaca düşən kölgəsi.
Soxuldu ömrümün səksəkəsinə,Dəmir çəkmələrin ətkəsən səsi,Əl-qolum zəncirlə niyə bağlandı,Taleyin vəkilsiz məhkəməsində?
Yağış da tərs kimi dəliyə dönüb,Nə evlərə yanır, nə papaqsıza,Bu nursuz suların keçib əlinə,Dünya miyoldayır həyətimizdə.
Hələ ki vaxt qalıb, utanma, nahaq,Utanma mənimlə insan olmaqdan,Söyüd budağından yazdığım şeir,Qalacaq qəhrəman heykəli kimi.
Günəş baş götürüb qaçandan sonra,Yumdum gözlərimi bağlanım deyə,Nə xeyri olacaq min dəfə bağlan,Qapısız bir evdə pəncərə kimi...
1969
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-qacdi-deniz-qacdi-sema-bu-axsam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
با غیر مگو حالم، کاغیار نداند بهپروانه آن شمعم، گر نار نداند به
BurdadıYazda Əmirvara qonaq getmişdim,Gözəllərin say-seçməsi burdadı.
Qurban (Mikayıl Müşfiq)Bu qədər baş vermə, səməndər, yaza,Düşərsən ayağa, başına qurban.