Yağır, yağır, yaman yağır,çoxdan yağır...olmasaydı navalçaların səsi,yağışın köpüklü şırıltısı,deyərdin qoy yağsın, qoy axsın,yağmurdan savayı bir şey yoxdur,olmayıb, olmayacaq dünyada,həyata, yerə elə biz də göydənyağa-yağa gəlib çıxmışıq,anamız qara bulud,atamız şimşəkdir,günəş isə düşmən əməlidir,kimsə qurutmaq istəyir bizi,əlimizdən almaq istəyirköpüklənən navalçaların səsini,sözümüzü, nəğməmizi...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar