Bir yuxuya ki fil girə,fil girə yuxuya Afrikadan, Hindistandan,ən yaxın heyvanxanadan beləmin kilometr uzaqda görülən yuxuya,neyləyəsən, neyləyəsənbu yuxudan ayılandan sonra?Nəyə, necə yozasan bu yuxunu,ya kimə, harda danışasan onu?Axı neçin, neçin fil girsin,fil xortumla şeypur çalsınburda, ay kişi, burda görülən yuxularda?Yox, deyəsən ya mən dəliyəm, xəstəyəm,ya hardasa bir filin ruhu azıb yolunu,çaş salıb aləmi,qarışdırıb yuxuları,bu yuxuyla açmaq istəyir, bəlkəruhunun kor gözlərini...1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri