Ağ qapıya kölgə düşüb.
Ağ qapıya kölgə düşüb.İnsan kölgəsi.Royal səsi gəlirağ qapının dalından.Kimsə həzin-həzin,Şopenin valsını çalırağ qapıya düşmüş insan kölgəsinə...Yağış kölgəsi çiləyirpayız kölgəsində duranbaşıaçıq musiqiçinin üstünə...Çiyni titrəyirağ qapıya düşmüş insan kölgəsinin.Ağlayır insan kölgəsi.Bir polyak oğlunun,dirilmək istəyən bir insanınsəsinə ağlayır insan kölgəsi.Damır, damırvalsın açıq yaxasınadamla-damlagöz yaşının kölgəsi...1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-ag-qapiya-kolge-dusub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.