Yubanıb köhnəlmişəm
Yubanıb köhnəlmişəmBoz qış səhəri kimi,Ötən yay ölənlərinÖlüm xəbəri kimi...
Şerim uşaq üzündəQoca gözünə bənzər,Dünyaya salam sözüm,Sağ ol sözünə bəşər...
Ömrün gecə çağınıSəhər bilib gəlmişəm,Yuyulan günah kimiYubanıb köhnəlmişəm...1996
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yubanib-kohnelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir