Nə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-büləndOluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigari qara, daim gecəsi tar keçir,Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

Məqtə — şairin təxəllüsü olan son beyt. Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli,Zahirən lalə otağında qonaq-qarəsi var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri