Ən müqəddəs bir Vətən,Bir də doğma anadır.Ana Vətən hər nədənÇox yüksəkdir, ucadır.

Bakı-solmaz gülümdür,Azərbaycan-elimdir,Vətənimi sevdirənDoğma ana dilimdir.

Nələr çəkibdir başı,Doğmadır hər qarışı,Udacaqdır savaşıMənim ana Vətənim.

Qədrin bilməz bir naşı,Kədərlidir göz-qaşı,Görməyəydi göz yaşıMənim ana Vətənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən