(Nəğmə)

Adı dünya şöhrətli,Ən gözəl bir ləzzətdi,Havası bir nemətdi,Gözəl Nabran, Nabranım.

Bura Xaçmaz torpağı,Göy Xəzərin oylağı,Meşələrin yaylağı,Gözəl Nabran, Nabranım.

Dalğalanır göy dəniz,Şəfa tapır hər məriz,Ağ balığı çox ləziz,Gözəl Nabran, Nabranım.

Bura sanki cənnətdi,Sevənlərə xəlvətdi,Nabranı vəsf eyləyən,Şair Vüqar Əhməddi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar