Qaradağımsan
Qobustan, Lökbatan, Ələt, Umbakı,Bir tərəf Salyandır, bir tərəf Bakı.Qafqaz dağlarıdır dağların bil kiQaradağ, Qaradağ, Qaradağımsan.
“Sofi Həmid” piri ziyarət yerim,Qobustanda qalıb əcdad ləpirimQayalar şəkilli, tarixi sirrimQaradağ, Qaradağ, Qaradağımsan.
NəqarətHəm Güney, Quzeydə vardır QaradağGün gələr gülümsər bu nəmli yanaq,Gün gələr qayıdar doğma Qarabağ,Qaradağ, Qaradağ, Qaradağımsan.
İlhamla açıram burda gözümüXəzər ləpələri yuyur üzümüVüqar Əhməd deyir sözün düzünüQaradağ, Qaradağ, Qaradağımsan.
Kitabxana.az · https://kitabxana.az/works/vuqar-ehmed-qaradagimsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir