Mən aşiq Abşerona,Düşüb yeri şorana.Ab sudu, şor da ki duz,Yapışarmı şər ona?

Baxıb bəhri-Xəzərə,Gərək yanam, közərəm.Görüm, onu gəlməsinHeç vaxt gözə, nəzərə.

Seyidi söz karvanı,Məbəd etdi Şirvanı,Yada sal Məhsətini,Natəvanı, Heyranı.

Nazlı gəlin Qarabağ,Səs heykəlim Qarabağ.Həsrətliyə, əlinəYetmir əlim, Qarabağ.

Evimin damdı damı,Yurdumun söndü şamı.İstəmirəm cənnəti,Qaytarın siz Şuşamı!

Ya Məhəmməd Füzuli,Əsir düşüb Füzuli.Kərbəlada dua etXilas eylə bu eli.

Laçının, KəlbəcərinAtdan düşüb Həcərin.Gəncədə narahatdıRuhu Sultan Səncərin.

Gədəbəy bir qaladı,Keçidləri əladı.Burda min-min erməniÖz qanını yaladı.

Gedəndə LənkəranaGöz qoyun Xanbulana.Mənim doğma elimdir

Təbrizdən düz Zəncana.

Qazağın oxanları,O qoşma yazanları,Sərhəddə bir nər kimiQaynadır qazanları.

Sədərək verib şəhid,Naxçıvan buna şahid.Burda öz nəşi iləYurda qovuşdu Cavid.

Dərdlidi sinəm, Allah,Saralan günəm, Allah,Elə dərd var yandırırQoymayır dinəm, Allah!

Qubadlım, Zəngilanım,Başına mən dolanım.Cəbrayılım, inciməSənsən olub-qalanım.

Borana bax, qara bax,Qara bəxtli Qarabağ.«Aləm cənəttə dönsə,Yaddan çıxmaz Qarabağ».

Çadırlarda bitənlər,Doğmaları itənlər,Qoy sizə bir dərs olsunTarix olub ötənlər.

Toyları dayandırın,Milləti oyandırın.Yurduma xor baxanıQanına oyandırın.

Qələmidi qılıncı,Sevgisidi qazancı.Sizin bu Vüqar ƏhmədOlmayıbdı yalançı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən