Uzun illər bundan öncəPaytaxt oldu ulu Gəncə.Nələr çəkdi bu şəhərimMüsavata yer verincə?

Məmmədəmin, sən ol əmin,Qalxan bayraq bir də enməz.Əbədidir əməllərin,Yanar günəş bir də sönməz.

Unutmadı səni millət,Ulu öndər, ulu öndər.Məfkurənlə dövlət yaşar,Ulu öndər, ulu öndər.

Rəsulzadə harayıdır,Cümhuriyyət bayramıdır.Dövlətçilik bayramıdır,Bayramınız çox mübarək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən