Andım
Mən and içmişəm ki, bir də qələmimGözəllərdən ilham almayacaqdır.Peymanını pozan xəyal həmdəmimDərgahıma sayə salmayacaqdır.
Keçindim nə yaman dərdi-hal ilə,Bir qara üzlü, ah, ideal ilə...Açılmaz ürəyim hər vüsal ilə;Onlardan yadigar qalmayacaqdır.
Hesablaşmaq istər könül xilqətlə,Bir sevdiyim deyil, hər təbiətlə;Gülsəm, güləcəyəm, əbədiyyətlə,Sazım gəldi-gedər çalmayacaqdır.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-andim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Karanlıklar çökürkən pəncərəmdə hər axşam,Parlar, gülər ruhimə gözlərində yanan şam.
Sevgilim XavərəSınamışam dönə-dönə bu dünyada baxtımı,Heç ömrümdə məna karşı doğru bir göz baxdımı?
BaharMən səni gördükcə gözlərim yanır,Sən ey gəncliyimin güzgüsü bahar!
Komsomol marşıBir yeni qüvvətlə sıçradıqca sənBaxır qüdrətinə sevinir Vətən.