Səhərə yaxın
Yığılın başıma, qohum-qardaşlar!Qoyun bir ah çəkim ərisin daşlar!Mehriban insanlar, əziz yoldaşlar!Bu çərxi-dövrandan aldım bir yara!
Gözəllər dünyası, dilim əzbəri,Bəlalıdır başım əzəldən bəri;Halıma yanmayan o gözəl pəriDeyin üz qoyubdur hansı diyara?
Bilənlər bilir ki, bu yollarda mənAğrılar çəkirəm, hər səhər erkən –Mənim yazıq ruhum ağlar, inlərkənO mənim adıma deyir "avara".
Bumudur bəşərin vicdanı bilməm?Nədir bu çəkdiyim — bu bəla, bu qəm?Ah, o könül quşu, o nazlı həmdəmBəlkə, bu dərdimə bulacaq çara.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-sehere-yaxin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Bakılı qız, paytaxtımın gözəlisən,Öz eşqimin, öz bəxtimin əzəlisən.
Rübabə Muradovanın xatirəsinəYanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Çatdıqca gücü, fikri budur kəc dövranQoysun məni nakam, eləsin hey divan.