Bir tərəfdə düyün, bir tərəfdə yas,Böylə keçinmişdir dilsiz əsrlər.Şairim, könülün dediyini yaz,Odur bu dünyada ən böyük əsər.Deyirlər bu yerin xəyalı şaşqınAğızlarda gəzən sevdası varmış.Könüllər havalı, duyğular daşqınSel kimi kükrəyib, coşub axarmış.Deyirlər suların axar yerindəÇadırlar qurulub yurd salmamış.Dumanlı dağların ətəklərindəMal-qara bəslənib, ot çalınarmış.İlxılar qarışıb kişnəyəndə atBatarmış göylərin ildırım səsi,Burda öz-özünə axarmış həyat,Axarmış suların xoş zümzüməsi.Üstündə qıy vurub tərlan səslənənDağların başını duman alarmış.Günəşdə, havada, suda bəslənən,İnsanlar az ölüb gec qocalarmış.Axarmış su kimi südü, ayranı,Şəkinin, Şirvanın, Gəncəbasarın.Qarışıb bir yerə dağı, aranı,Dili tutularmış boranın, qarın.Qaçanda Qazağın köhlən atlarıBağrı yarılarmış dəli göylərin.Çökərmiş altında yerin qatları,Dirəyi titrərmiş ağac evlərin.Qoyunlar, quzular düzdə, bələndə * ,Səs-səsə verişib, mər-mər mələrmiş.Qapıya bir əziz qonaq gələndə,Xınalı erkəklər qurban gələrmiş.Deyirlər, qocalar, düşkün qarılarQaranlıq damlara doldurularmış.Acından quruyub, ölərmiş onlarİnsanın nə yaman adəti varmış.Sonra cəsədləri atıb çöllərə,Didib dağıdarmış qurdlar və quşlar.Tarix bir karvandır, həyat bir dəvə,Bir əfsanə gəlir bizə olmuşlar.Dillənin, ey sönmüş atəşgədələr!Odlara yandımı dağlar gözəli?Tarix, de başından keçmişdir nələr?Nələr törətməmiş insanın əli?Ey böyük bəşərin çocuqluq yaşı,Nə çirkin, nə gülünc bir keçmişin var!Atəşlər aşiqi Zərdüştün başıQalmış əsrlərdən bizə yadigar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri