Üfüqlər qızarıb, güləndə səhər,Bülbül öpə-öpə oyatsın gülü.Çirməyib qolunu qızlar, gəlinlər,Yığsın qucağına sarı sünbülü.Torpağa düşməsin havayı bir dən,— Çörək bol olarsa, basılmaz Vətən!

Muğan səhraları bir tamaşadır,Buğda zəmiləri qoşa-qoşadır.Hər insan oğlunu çörək yaşadır.Bol taxıl becərsə ana yurdumuz,Tüfəngi bərk tutar Qızıl Ordumuz.

Tökülsün xırmana çöllərin varı,"Boşaldım" deməsin elin anban.Bu gün əsgər düşən mərd oğulları,Gəlin, duz-çörəklə yola salaq biz,Dildən-dilə düşsün tarla nəğməmiz.

Üfüqlər qızarıb, güləndə səhər,Bülbül öpə-öpə oyatsın gülü.Çirməyib qolunu qızlar, gəlinlər,Yığsın qucağına sarı sünbülü.Torpağa düşməsin havayı bir dən,— Çörək bol olarsa, basılmaz Vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar