بیباغ رخت جهان مبینام
بیباغ رخت جهان مبینامبیداغ غمت روان مبینام
بیوصل تو کاصل شادمانی استتن را دل شادمان مبینام
بیلطف تو کآب زندگانی استاز آتش غم امان مبینام
دل زنده شدی به بوی بویتکان بوی ز دل نهان مبینام
بیبوی تو کاشنای جان استرنگی ز حیات جان مبینام
تا جان گرو دمی است با جانجز داو غمت روان مبینام
بر دیدهٔ خویش چون کبوترجز نام تو جاودان مبینام
بیسرو قد تو جعد شمشادبر جبهت بوستان مبینام
یک دانهٔ آفتاب بیتوبر گردن آسمان مبینام
از دانهٔ دل ز کشت شادییک خوشه به سالیان مبینام
در آینهٔ دل از خیالتجز صورت جان عیان مبینام
در آینهٔ خیالت از خودجز موی خیالسان مبینام
تا وصل تو زان جهان نیایددل را سر این جهان مبینام
جز اشک وداعی من و توطوفان جهانستان مبینام
چون حقهٔ سینه برگشایمجز نام تو در میان مبینام
گر عمر کران کنم به سوداتسودای تو را کران مبینام
گفتی دگری کنی، مفرمایکاین در ورق گمان مبینام
بیتو من و عیش حاشللّهکز خواب خیال آن مبینام
خاقانی را ز دل چه پرسیکانست که کس چنان مبینام
حالی که به دشمنان نخواهمحسب دل دوستان مبینام
غمخوار تو را به خاک تبریزجز خاک تو غم نشان مبینام
Hüsnün bağı olmadan qoy mən cahan görməyim,
Qəmin dağı olmadan ruhi-rəvan görməyim.
Şadlığımın əsası vüsalındır, sevgilim,
Onsuz qoy ürəyimi heç şadiman görməyim.
Əbədiyyət çeşməsi lütfün olmasa hərgah,
Özümə qəm odundan heç vaxt aman görməyim.
Mənim ürəyim sənin ətrinlə yaşayardı,
Qəlbimi o ətirsiz heç bir zaman görməyim.
Ruhumun aşinası, gözəl ətrin olmadan,
Həyatımda şirinlik, təravət, can görməyim.
Nə qədər ki, canımda qüvvət var, nəfəsim var,
Bu canımı qəmindən heç qurtaran görməyim.
Gözümün qabağında, göyərçin kimi, sənin,
Adından başqa bir şey qanad çalan görməyim.
Sərv kimi qamətin iraq ikən gözümdən,
Qoy gülüstan içində sərvi-rəvan görməyim.
Sənsiz, mənim əzizim, səmanın gərdənində,
Günəşin incisindən bir iz, nişan görməyim.
Mən ürək danəsini uzun illər ərzində,
Şadlığm tarlasında sünbül açan görməyim.
Qəlbimin güzgüsündə xəyalından başqa mən,
Can surəti, ey nigar, bir dəm əyan görməyim.
Səninsə xəyalının güzgüsündə özümü,
Tükə bənzər xəyaldan başqa bir an görməyim.
O dünyada vəslinə çatmaq məqamınadək,
Bu dünyaya qəlbimi bağlı olan görməyim.
Bizim hicranımızın göz yaşından özgə bir,
Yer üzünü çulğayan başqa tufan görməyim.
Açdığım vaxt sinəmin dəftərini, orada,
Ancaq sənin eşqindən başqa ünvan görməyim.
Sənin məhəbbətinlə ömrü başa vursam da,
Sənə olan eşqimi sona çatan görməyim.
Dedin ki, məndən sonra başqasını sevərsən,
Yox, yox, başqa sevgiyə əsla güman görməyim.
Sənsiz dünyada, ey yar, mən hara, şadlıq hara?
Yuxuda da könlümü mən kamran germəyim.
Xaqaninin halını soruşarsan? Onuntək,
Bu dünyada heç kəsi mən pərişan görməyim.
Düşmənim də bircə gün belə hala düşməsin,
Kor olum, dostlarımı halı yaman görməyim.
Bu Təbriz şəhərində sənin dərdini çəkən,
Xaqanidən başqa bir qəmli insan görməyim.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-136
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,