یعقوب دلم، ندیم احزان
یعقوب دلم، ندیم احزانیوسف صفتم، مقیم زندان
او در چه آب بد ز اخوتمن در چه آتشم ز اخوان
چون صفر و الف تهی و تنهاچون تیر و قلم نحیف و عریان
صد رزمهٔ فضل بار بستهیک مشتریم نه پیش دکان
از دل سوی دیده میبرم سیلآری ز تنور خاست طوفان
شنگرف ز اشک من ستاندصورتگر این کبود ایوان
یارب چه شکسته دل شدستماز ننگ شکسته نام اران
الحق چه فسانه شد غم مناز شر فسانه گوی شروان
گاه از سگ ابترم به فریادگاه از خر اعورم به افغان
این خیره کشی است مار سیرتوان زیر بری است موش دندان
من جسته چو باغبان پس اینبنشسته چو گربه در پی آن
همصورت من نیاند و این بهچون نیستم از صفت چو ایشان
نسبت دارند تا قیامتایشان ز بهمیه من ز انسان
جز دعوت شب مرا چه چارههان ای دعوات نیم شب، هان
خاقانی امید را مکن قطعاز فضل خدایِ حالگردان
از دیدهٔ روزگار بینوردر سایهٔ صدر باش پنهان
بگزیدهٔ حق موفق الدینکز باطل شد سپید دیوان
عبد الغفار کز سر کلکدر خلد ممالک اوست رضوان
عمان و محیط و نیل و جیحونجودی و حری و قاف و ثهلان
هر هشت، بر سخا و حلمشبا جدول و خردَلند یکسان
ای کرده جلال تو چو تقدیروافکنده کمال تو چو یزدان
در گوش زمانه حلقهٔ حکمبر دوش جهان ردای فرمان
خورشید دلی و مشتری زهداحمد سیری و حیدر احسان
شد لاجرم از برای مدحتکهتر چو عطارد و چو حسان
با پشت و دل شکسته آمددر خدمت تو درستپیمان
هم بر در مصطفی نکوترانس انس و سلوک سلمان
گر مدح تو دیرتر ادا کردسری است در این میان نه طغیان
یعنی تو محمدی به صورتگر چند نهای به وحی و برهان
او خاتم انبیاست لیکنآمد پس از انبیا به کیهان
مقصود طبیعت آدمی بوداز حیوان و نبات و ارکان
بعد از سه مراتب آدمی زادبعد از سه کتب رسید فرقان
اندیک عمل بود به آخراز اول فکرت فراوان
گل با همه خرمی که دارداز بعد گیا رسد به بستان
بس شاخ که بشکفد به خردادمیوهاش نخورند جز به آبان
افزار ز بس کنند در دیگحلوا ز پس آورند بر خوان
ای آنکه صریر خامهٔ توزد خنجر شاه را به افسان
غرید پلنگ دولت توبر شیر دلان درید خفتان
آن کس که تو را نداشت طاعتدر عصبهٔ تو نمود عصیان
آن خواهد دید از شه شرقکز پور قباد دید نعمان
یعنی فکند به پای پیلشتا پخچ شود میان میدان
تو صاحب کار جبرئیلیبد گوی تو نیم کار شیطان
پروردهٔ نان توست و از کفردر نعمت تو نموده کفران
نانش مفرست پیش کز توواخواست کند به حشر حنان
نان تو چو قطرهٔ ربیع استاحرار صدف مثال عطشان
قطره که ودیعت صدف شدلؤلؤ گردد به بحر عمان
باز ار به دهان افعی افتدزهری گردد هلاک حیوان
بیمار دل است و دارد از کبرسرسام خلاف و درد خذلان
مشنو ترهات او که بیمارپرگوید و هرزه روز بحران
ای دیدهٔ عقل در تو شاخصاوهام ز رتبت تو حیران
بییاری چون تویی نگرددکار چو منی به برگ و سامان
بیامر خدا و کف موسینتوان کردن ز چوب ثعبان
من صد رهیم تو را ز یک دلتو صد سپهی به یک قلمران
از نکتهٔ بکر و نوک خامهمن موی شکافم و تو سندان
بسپرده شدم به پای اعدامسپار مرا به دست نسیان
برهان داری، مرا به یک لفظاز پنجهٔ روزگار برهان
تو خورشیدی و من در این عصرافسرده به سرد سیر حرمان
در من نظری بکن که خورشیدبسیار نظر کند به ویران
گیرم که دل تو بینیاز استاز شاعر فاضل و سخندان
هم هندوکی بباید آخربر درگه تو غلام و دربان
هنگام سخن مکن قیاسمز آن دشمن روی نامسلمان
آن کاو ز دهان رید همه سالکی شکر خاید او بدین سان
تصنیف نهاده بر من از جهلالحق اولی است آن به بهتان
گفتا ز برای عشقبازیببرید سپید موی بهمان
لیکن جایی که باشد آنجااز خانه خداییش پشیمان
من دادم پاسخ اینت نکتهاو جسته خلافم اینت نادان
وین طرفه که مؤبدی گرفته استبا یک دو کشیش رنگ کشخان
معنی نه و نقش ریش و دستارحکمت نه و دین اهل یونان
اقلیم گرفته در حماقتتعلیم نکرده در دبستان
کرده ز برای خربطی چنداز باد بروت ریش پالان
یزدانش ز لعنت آفریدهوز تربیتش جهان پشیمان
در طفلی بوده راکع و جلدو امروز به سجده گشته کسلان
از مسخرگی گذشت و برخاستپیغامبری ز مکر و دستان
صد لعنت باد بر وجودشبر امت او هزار چندان
سبحان الله کاین سگک راچون سست فرو گذاشت سبحان
ای در کنف تو عالم ایمناز حیف زمان و صرف دوران
آن را که غلامی تو دادنداو را چه غم از هزار سلطان
هرکس که نیوشد این قصیدهاز حد عراق تا خراسان
داند که تو نیک پایمردیخاقانی را به صدر خاقان
زین به سخن آورم به فرتلیک از پی نام نز پی نان
عید آمد و من مصحف عیداین نقد بسختهام به میزان
دارم دلکی کبوترآساپیش تو کنم به عید قربان
بادی به چهار فصل خرمبادی به هزار عید شادان
رای تو و رای هفت طارمخصم تو فرود هفت بنیان
Mənim Yəqubsifət könlüm qəm munisi olalı,Yusif kimi yerim olub tənha, qaranlıq zindan.
Atdılarsa qardaşları onu su quyusuna,Məni da od quyusuna saldı dostlar nagəhan."Əlif" ilə "sıfır" kimi yalqız və boş qalmışam,Qələm kimi, ox kimiyəm, cismim cılız və üryan.
Yüz bağlama fəzilətim olduğu bir zamanda,Bir müştəri üzü görmür mən açdığım bu dükan.
Dayanmadan sel axıdır gözlərimə ürəyim,Bəli, kiçik bir təndirdən yaranmışdır o tufan!
Gözlərimdən axan yaşdan almışdır qan rəngini,O nəqqaş ki, əllərilə yaranmış bu göy eyvan.
Arranlı bir namussuzun axmaqlığı üzundən,Bax, ey Allah, gör ki, neçə qəlb evi oldu viran.
Əfsanəçi bir şirvanlı o qədər ki, şər atdı,Mənim qəmim, doğrudan da, dönüb oldu bir ümman...
Birincisi - ilan kimi zəhərlidir, zəhərli,İkincisi - kəsib tökən iti dişli bir siçan.
Mən pusuram birisini bağban kimi xəlvəti,İkincini pişik kimi izləyirəm durmadan.
Bu xoşdur ki, düşüncədə onlar mənə oxşamaz,Mən onlara oxşamadım, oxşamaram heç zaman.
Məhşər günü çatanadək, qopanadək qiyamət,Onlar heyvan sifətində qalacaqdır, mən insan.
Siz, ey gecə duaları, qalmısınız hayanda?Sizdən başqa heç bir şeyə nə çarə var, nə güman.
Ey Xaqani, sən dünyanı yaradan bir Allahın,Kərəmindən ümidini kəsmə, ona arxalan!
Bu amansız ruzigarın işıqsız gözlərindən,Qaçmaq üçün öz sədrinin kölgəsində daldalan.
Bir allahın nəzərində olan Əbdülqəffarın,Sayəsində ağ divlərdən yetməz sənə bir ziyan.Dünyadakı cənnətlərin yalnız odur Rizvanı,Güclü qələm sahibidir, vardır onda xoş lisan.Odur mühit dənizləri, Ümman, Ceyhun,Nil çayı, Dağlardansa Cudi, Həri, ya da ki, Qafü Səhlan,Onda olan səxavətin, təvazönün yanında,O səkkizin hər birisi çox kiçikdir darıdanİltifatı kimə düşsə, olar cəlal sahibi,Qəhri kimə olsa, onu qəhr eyləyər Yaradan.
Zəmanənin qulağında var hökmünün halqası,Geyinmişdir fərmanını əba kimi bu dövran.
Günəş tək saf ürəklisən, Müştəri tək təqvalı,Xasiyyətdə Məhəmmədsən, ehsanda şahi-Mərdan.
Tərif etmək xəyalıyla səndə olan komalı,Bəndəniz bir Ütariddir, ya da söz bilən Həssan
Hüzuruna qəddi bükük, qəlbi sınıq gələrək,Sənə xidmət etmək üçün eylədi əhdü peyman.
Məhəmmədəl-Mustafanın qapısında, bəllidir,Sədaqətlə xidmət etmiş qulu Ənəslə Səlman.
Gecikdirmiş olsam əgər mədhini, gəl, incimə,Dikbaşlıqdan deyil, başqa bir səbəbi var, inan!
Möcüzənlə vəhyin sənin olmasa da, xislətin,Məhəmmədin xislətidir, görür bunu göz qoyan.
Ənbiyanın sonuncusu olsa belə Məhəmməd,Nəbilərin əfzəlidir, odur sahibi - "Quran".
Yaratmaqla heyvanatı, cəmadı, nəbatatı,Təbiətin son istəyi insan idi, tək insan.Üç pillədən sonra insan yarandığı kimi də,Üç kitabdan sonra nazil oldu dünyaya "Quran".Əvvəlində hərtərəfli fikirləşən adamlar.Müşkül olan hər bir işi başa vurar çox asan.Bu qaydadır, öncə yaşıl otlar olar aşikar,Sonra bitər bağçada gül, fərqli olar tağlardan.Bax, bu xurdad ayı içrə çiçək açan ağacın.Meyvəsini aban ayı yığışdırar bağiban.
Ərsin salıb qazançaya, öncə qarışdırarlar,Sonra gələr süfrə üstə şirin halva qazandan.
Ey qüdrətli qələminin gücü ilə şahların.Xəncərini, qılıncını yerə salan qəhrəman!
Sənin şahlıq pələnginin bağırtısı, nərəsi,Şir hünərli igidlərin ürəyini edir qan.
O adam ki, qulluğunda boyun büküb, baş əyməz,Demək sənə, dövlətinə etmiş olar o üsyan.
O üsyankar cəza alar qərbin şahından yəqin,Bir cəza ki, Neman onu gördü Nuşirəvandan.
Qubad oğlu Nuşirəvan çəkdi onu meydana,Nəhəng filə tapdalatdı, yerlə eylədi yeksan.
Sən işində Cəbrayılsan, bilir bunu çoxları,Pisliyini danışanla şərikdir yəqin şeytan.
Sənin halal çörəyini yeyən o bədxahların,Yaxşılığı unudaraq, nankor olublar çoxdanBundan sonra öz süfrənə yaxın qoysan onları,Məhşər günü cəza verər sənə böyük yaradan.
Yaz yağışı damlasıdır sənin halal çörəyin,Susuz sədəf misalıdır azad fikirli insan.
Yaz yağışı qətrələri yetişərsə sədəfə,Dönüb inci olacaqdır dənizdə o, biguman.
Həmin qətrə düşsə əgər bir ilanın ağzına,Canlıları həlak edən zəhər olar o haman.
İmansızlıq mərəziylə yanır qəlbi nankorun,Çoxdan onun bəlasıdır sərsərilik və nisyan.
Sən onun boş sözlərini dinləməsən, yaxşıdır.Çünki xəstə çox danışar, gəlsə qızdırma, böhran.
Səndən alır işığını ağlın açıq gözləri,Sənin cahü cəlalına qalıb fikir də heyran.
Sənin kimi əliaçıq əgər kömək etməsə,Mənim kimi acizlərin olmaz işində səhman.
Olmasaydı Allah əmri, Musa yədi-beyzası,Əsa dönüb olmaz idi möcüzündən bir ilan.
Sənə xidmət etmək üçün yüz yol seçdim ürəklə,Yüz ordunu bir qələmlə sən edəndə pərişan.
Sözündəki mənalardan mən incəlik duyurkən,Sən onlarla böyük işlər həll edirsən çox asan.
Ricam budur, atma məni unutqanlıq bəhrinə,Qoyma məni tapdaq edib, həlak eyləyə düşman.
Bircə kəlmə sözünlə sən elə et ki, dövranın,Mərhəmətsiz çəngəlindən azad olum bircə an.Sən Günəşsən, mən işıqdan məhrumam bu əsrdə,Tez saraldıb soldurmuşdur məni şaxta, qar, boran.
Günəş hətta xərabəyə güzər edib, saçar nur,Sən də mənə nəzər salıb, eylə dərdimə dərman.
Tutalım ki, ehtiyacın yoxdur əsla şairə,Fəzillərin tərifinə, deyək, yoxdur təqazan.
Amma, qulluq etmək üçün sənin şanlı qapında,Əlbəttə ki, bir nəfər qul gərəkdir, ey hökmran.
Şairlikdən söz düşəndə, mənə düşmən olanla,Müqayisə etmə məni, o deyildir müsəlman.
Yedirtsən də çoxlu şirin, şəkər illər uzunu,Hər halda o, şəkər deyil, zəhər tökür ağzından.
Elə yönsüz təsnif qoşub cahillikdən o mənə,O təsnifdən çox yaxşıdır yüz iftira, yüz böhtan.
Demişdir ki, eşqbazlıq etdiyindən filankəs,Saqqalını kəsdirmişəm... saymış çox filan, behman..
Lakin, yeri gələndə o, uydurduğu bu sözdən,Xəcil olub, lənətlərə məruz qalar hər zaman.
Mən o sözün cavabını verdim yerli-yerində,Əvəzində eyb axtardı sözlərimdə o nadan.
Maraqlıdır ki, bir-iki keşişlə tutub ülfət,Möbid olub, şəriəti danmaq istər büman.
Əmmaməsi, saqqalı var, amma, yoxdur məzmunu,Hikmətindən xəbərsizdir, dəm vursa da Yunandan.
Görməmişdir məktəb üzü, savaddan da kasıbdır,Yer üzündə axmaqlıqla qazanmışdır ad və san.Allah onun vücudunu yaratmışdır lənətdən,Dünya onu böyütsə də, sonra olub peşiman.
Təlxəkliyi tərk edərək unutmuşsa, indi də,Məkr, hiylə peyğəmbəri olmaq üçün atır can.
Lənət olsun o nadürüst yaramaza yüz kərə,Müridinə min kərə çox lənət olsun hər zaman.
Məəttələm mən buna ki, indiyəcən o itə,Nece olmuş, qəzəbini göstərməmiş yaradan!
Yalnız sənin bayrağının kölgəsində dövranın,Əzabından, sitəmindən asudədir hər insan.
Kim ki, sənə xidmət üçun qulluğuna verilsə,Nə qorxusu, ona qarşı düşmən çıxarsa sultan.
Eşitdikcə mən yazdığım qəsidəni qananlar,Oxuyunca bu sözləri bütün İran, Xorasan,
Bilərlər ki, var nə qədər mərdlik sifəti səndə,Xaqaniyə hörmət etmiş sənin sayəndə xaqan.
Calalını bundan artıq tərif edə bilərəm,O da cörək ucundan yox, qazanmaqçün şərəf, şan.
Bayram oldu, mənsə dönüb bu bayramda qul oldum,Dedim: qoy bu olsun mənim əhvalıma bir mizan.
Göyərçintək körpəcə bir ürəyim var mənim də,Bu bayramda olsun o da sənin yolunda qurban.
Görüm, səni şad olasan ilin hər mövsümündə,Səadətə yetişəsən min bayramdan, bahardan.
Yeddi göydən yüksək olsun, möhkəm olsun iradən,Yerə batsın o kəslər ki, çəkirlər ayağından.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-167
← → düymələri ilə keçid, R — təsadüfi şeir