جبههٔ زرین نمود طرهٔ صبح از نقابخندهٔ شب گشت صبح خندهٔ صبح آفتاب

غمزهٔ اختر ببست خندهٔ رخسار صبحسرمهٔ گیتی بشست گریهٔ چشم سحاب

صبح چو پشت پلنگ کرد هوا را دو رنگماه چو شاخ گوزن روی نمود از حجاب

دهره برانداخت صبح، زهره برافکند شبپیکر آفاق گشت غرقهٔ صفرای ناب

مائده سالار صبح نزل سحرگه فکنداز پی جلاب خاص ریخت ز ژاله گلاب

صبح نشینان چو شمع ریخته اشک طرباشک فشرده قدح شمع گشاده شراب

پنجهٔ ساقی گرفت مرغ صراحی به دامز آتش صبح اوفتاد دانهٔ دلها به تاب

صبح همه جان چو می، می همه صفوت چو روحجرعه شده خاک بوس خاک ز جرعه خراب

چرخ ترنجی به صبح ساخته نارنج زراز پی دست ملک، مالک رق و رقاب

صبح سپهر جلال، خسرو موسی سخنموسی خضر اعتقاد خضر سکندر جناب

Sübhün üzü pərdədən çıxdı, açıldı səhər,Yaydı qızıl telləri aləmə altun göhər.

Asqırığıyla gecə sübhü doğurdu, budur,Sübh gülərkən Günəş hər tərəfə saçdı nur.

Bitdi nazı ulduzun, güldü səhər, söndü dan,Tökdü bulud göz yaşı, sürmə yuyuldu haman.

Sübh fəzanı bulud eylədi xallı pələng,Sanki maral buynuzu - Ay da göründü qəşəng.

Dəhrəni atdı səhər, Zöhrəni tökdü gece,Qərq elədi səfrada aləmi Gün, gör necə?!

Sübh geyindi fənək, açdı zərif qoynunu,Qucdu buludlar onu, oldu zirehdən donu.

Sübh açılan tək gecə qaçdı qara tülkü tək,Başına qoydu papaq saf qızıldan fələk.

Sübh bütün aləmə oldu qonaqçı məgər,Süfrəyə nemətləri düzdü əliylə səhər.

İstədi o süfrədə xoşməzə olsun cülab,Əsdi səba, caminə jaləni etdi gülab.

Sübh gəlib durnalar dövrədə diz çokdülər,Şam kimi şadlandılar, göz yaşını tökdülər.

Gözmü qədəhdir, tökür mey yerinə göz yaşı?Şam axıdır saf şərab şölələnərkən başı.

Kuzəni bir quş kimi saqi alıbdır ələ,Qəlbimizi danə tək sübh odu verdi yelə.Sübh dönübdür meyə, badəsi şəbnəm, təmiz,Sübh kimi saf olan meylə dolub kuzəmiz.

Topladı ulduzları sübh çağı asiman,Əldə qızıl bir narınc tutdu verə ərməğan.

Bir şaha ki, şahlara hökmü rəvandır onun,Təkcə bu Şirvan deyil, mülkü cahandır onun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana