قلم بخت من شکسته سر است
قلم بخت من شکسته سر استموی در سر ز طالع هنر است
بخت نیک، آرزو رسان دل استکه قلم نقش بند هر صور است
نقش امید چون تواند بستقلمی کز دلم شکستهتر است
دیده دارد سپید بخت سیاهاین سپید آفت سیاه سر است
بخت را در گلیم بایستیاین سپیدی برص که در بصر است
چشم زاغ است بر سیاهی بالگر سپیدی به چشم زاغ در است
کوه را زر چه سود بر کمرشکه شهان را زر از در کمر است
تن چو ناخن شد استخوانم از آنکبخت را ناخنه به چشم در است
استخوان پیشکش کنم غم رازآنکه غم میهمان سگ جگر است
روز دانش زوال یافت که بختبه من راست فعل کژ نگر است
بس به پیشین ندیدهای خورشیدکه چو کژ سر نمود کژ نظر است
چون نفس میزنم کژم نگردچرخ کژ سیر کاهرمن سیر است
چون صفیرش زنی کژت نگرداسب کورا نظر بر آبخور است
یا مگر راست میکند کژ منکه مرا از کژی هنوز اثر است
ترک آن کژ نگه کند در تیرتا شود راست کالت ظفر است
همه روز اعور است چرخ ولیکاحول است آن زمان که کینهور است
هر که را روی راست، بخت کژ استمار کژ بین که بر رخ سپر است
بس نبالد گیابنی که کژ استبس نپرد کبوتری که تر است
دهر صیاد و روز و شب دو سگ استچرخ باز کبود تیزپر است
همه عالم شکارگه بینیکاین دو سگ زیر و باز بر زبر است
عقل سگ جان هوا گرفت چو بازکاین سگ و باز چون شکارگر است
من چو کبک آب زهره ریخته رنگصید باز و سگی که بوی بر است
نیک بدحال و سخت سستدلمحال و دل هر دو یک نه بر خطر است
عافیت آرزو کنم هیهاتاین تمناست یافتن دگر است
آرزو را ذخیره امید استوصل امید عمر جانور است
آرزو چون نشاند شاخ طمعطلبش بیخ و یافت برگ و بر است
طمع آسان ولی طلب صعب استصعبی یافت از طلب بتر است
آرزویی که از جهان خواهمبدهد زآنکه مست و بیخبر است
لیکن آن داده را به هشیاریواستاند که نیک بد گهر است
در دبستان روزگار، مراروز و شب لوح آرزو به بر است
هیچ طفلی در این دبستان نیستکه ورا سورهٔ وفا ز بر است
چون برد آیت وفا از یاد؟کآخر اوفوا بعهدی از سور است
خاطرم بکر و دهر نامرد استنزد نامرد، بکر کمخطر است
نالش بکر خاطرم ز قضاستگلهٔ شهربانو از عمر است
سایهٔ من خبر ندارد از آنکآه من چرخسوز و کوهدَر است
جوش دریا در دیده زهرهٔ کوهگوش ماهی بنشنود که کر است
مر ما مر من حساب العمرچون به پنجه رسد حساب مر است
ناودان مژه ز بام دماغقطره ریز است و آرزو خضر است
سبب آبروی آب مژه استصیقل تیغ کوه تیغ خور است
نکنم زر طلب که طالب زرهمچو زر نثار پیسپر است
عاقبت هرکه سر فراخت به زرهمچو سکه نگون و زخم خور است
روی عقل از هوای زر همه راآبله خورده همچو روی زر است
از شمار نفس فذلک عمرهم غم است ار چه غم نفس شمراست
غم هم از عالم است و در عالممینگنجد که بس قوی حشر است
عالم از جور مایهٔ زای غم استبتر از هیمه مایه شرر است
چون شرر شد قوی همه عالمطعمه سازد چه حاجت تبر است
لهو، یک جزو و غم هزار ورقغصه مجموع و قصه مختصر است
قابل گل منم که گل همه تنرنگ خون است و خار نیشتر است
غم ز دل زاد و خورد خون دلمخون مادر غذا ده پسر است
آتشی کز دل شجر زایدطعمهٔ او هم از تن شجر است
چرخ بازیچه گون چون بازیچهدر کف هفت طفل جان شکر است
بدو خیط ملون شب و روزدر گشایش بسان باد فر است
شب که ترکان چرخ کوچ کنندکاروان حیات بر حذر است
خیل ترکان کنند بر سر کوچغارت کاروان که بر گذر است
خواجه چون دید دردمند دلمگفت کین دردناکی از سفر است
هان کجائی چه میخوری؟ گفتممیخورم خون خود که ما حضر است
چه خورش کو خورش کدام خورشدست خون مانده را چه جای خور است
گوید آخر چه آرزو داریآرزو زهر و غم نه کام و گر است
نیم جنسی و یکدلی خواهمآرزوم از جهان همین قدر است
از دو یک دم که در جهان یابمناگزیر است و از جهان گذر است
نگذرد دیگ پایه را ز حجرنگذرد آتشی که در حجر است
به مقامی رسیدهام که مراخار و حنظل بجای گل شکر است
کو سر تیغ کرزوی من استکانس وحشی به سبزه و شمر است
بر سر تیغ به سری که سر استخرج قصاب به بزی که نر است
ابله از چشم زخم کم رنج استاکمه از درد چشم کم ضرر است
جاهل آسوده، فاضل اندر رنجفضل مجهول و جهل معتبر است
سفله مستغنی و سخی محتاجاین تغابن ز بخشش قدر است
همه جور زمانه بر فضلاستبوالفضول از حفاش زاستر است
سوس را با پلاس کینی نیستکین او با پرند شوشتر است
حال مقلوب شد که بر تن دهرابره کرباس و دیبه آستر است
عالم از علم مشتق است و لیکجهل عالم به عالمی سمر است
معنی از اشتقاق دور افتادکز صلف کبر و از اصف کبر است
قوت مرغ جان به بال دل استقیمت شاخ کز به زال زر است
دل پاکان شکستهٔ فلک استزال دستان فکندهٔ پدر است
جان دانا عجب بزرگ دل استتن ادریس بس بلند پر است
در گلستان عمر و رستهٔ عهدپس گل، خار و بعد نفع، ضر است
از پس هر مبارکی شومی استوز پی هر محرمی صفر است
فقر کن نصب عین و پیش خسانرفع قصه مکن نه وقت جر است
دهر اگر خوان زندگانی ساختخورد هر چاشنی که کام و گر است
سال کو خرمن جوانی دیدسوخت هر خوشهای که زیب و فر است
درزیی صدرهٔ مسیح بریدعلمش برد و گفت گوش خر است
کشت امید چون نرویاندگریه کو فتح باب هر نظر است
وقت تب چون به نی نبرد تبشیر گر نیستانش مستقر است
دفع عین الکمال چون نکندرنگ نیلی که بر رخ قمر است
دی همی گفتم آه کز ره چشمدل من نیم کشتهٔ عبر است
مرگ یاران شنیدم از ره گوشدلم امروز کشتهٔ فکر است
هر که از راه گوش کشته شودزاندرون پوست خون او هدر است
آری آری هم از ره گوش استکشتن قندزی که در خزر است
نقطهٔ خون شد از سفر دل منخود سفر هم به نقطهای سقر است
تا به غربت فتادهام همه سالنه مهم غیبت و سه مه حضر است
نی نی از بخت شکرها دارمچند شکری که شوک بیثمر است
صورت بخت من طویلالذیلدر وفا چون قصیر با قصر است
بخت ملاح کشتی طرب استبخت فلاح کشته بطر است
چشم بد دور بر در بختمچرخ حلقه به گوش همچو در است
بخت، مرغ نشیمن امل استروز، طفل مشیمهٔ سحر است
هم ز بخت است کز مقالت منهمه عالم غرائب و غرر است
استراحت به بخت یا نعم استاستطابت به آب یا مدر است
فخر من یاد کرد شروان بهکه مباهات خور به باختر است
لیک تبریز به اقامت راکه صدف قطره را بهین مقر است
هم به مولد قرار نتوان کردکه صدف حبس خانهٔ درر است
گرچه تبریز شهرهتر شهری استلیک شروان شریفتر ثغر است
خاک شروان مگو که وان شر استکان شرفوان به خیر مشتهر است
هم شرفوان نویسمش لیکنحرف علت از آن میان بدر است
عیب شروان مکن که خاقانیهست از آن شهر کابتداش شر است
عیب شهری چرا کنی به دو حرفکاول شرع و آخر بشر است
جرم خورشید را چه جرم بدانکشرق و غرب ابتدا شراست و غر است
گرچه ز اول غر است حرف غریبمرد نامی غریب بحر و بر است
چه کنی نقص مشک کاشغریکه غر آخر حروف کاشغر است
گرچه هست اول بدخشان بدبه نتیجه نکوترین گهر است
نه تب اول حروف تبریز استلیک صحت رسان هر نفر است
دیدی آن جانور که زاید مشکنامش آهو و او همه هنر است
Ah, bəxtimin qələmi qırılıbdır ucundan,
Taleyim bir tük kimi asılı qalmış ondan.
Xoşbəxtlik hər könülü arzusuna yetirər,
Qələmdir ki, hər şeyə naxış vurar, can verər.
Bir qələm ki, qırıqdır qəm dolu ürəyimdən,
Necə ümid bağlayım naxışına yazıq mən?
Kimin ki, qara bəxti, gözündə ağ ləkə var,
Bu ağlıqdan başına gələr qara bəlalar.
Bu ağlıq gözümüzdən titə kimi qoparaq,
Sanlaydı taleyə, bəxtimiz olaydı ağ.
Qanadıtək qaradır qarğanın da gözləri,
O gözlərin içində vardır ağlıq əsəri.
Nə faydası qızılın, qalsa dağın belində,
Qızıl dönər kəmərə, olsa insan əlində.
Bədənim dırnaq kimi sümüyə döndü, dostlar,
Səbəb odur: bəxtimin gözündə dırnaqça var.
Dərdə, qəmə peşkəşim tək sümük olacaqdır,
Çunki, qəmin özü də it xasiyyət qonaqdır.
Biliyin ömrü-günü başa çatdı, nə etmək?
Düzəm, düz insanlara bəxti kəc baxsın gərək.
Qarşındakı Günəşə baxmayıbsanmı məgər,
Başını əyri tutan gölgəsin əyri görər.
Rahat bir nəfəs alsam, mənə quracaq kələk,
Əhrimən təbiətli əyri dövr edən fələk.
Acgöz at ki, gözünü axura dikmiş ancaq,
Haylasan, etinasız, sənə çəp-çəp baxacaq.
Yoxsa məni düzəltmək istəyir kəcbaxanlar?
Yoxsa məndə hələ də əyrilikdən əsər var?
Qaydadır, türk kəc baxar oxa hədəf alanda,
Ox hədəfə tuş dəyər bu baxışla bir anda.
O kəsin ki, zahiri doğru, içi yalandır,
Üzdə qalxan görünər, qıvrılmış bir ilandır.
Gövdəsi əyri ağac çox da boy ata bilməz,
İslanmış bir göyərçin mənzilə çata bilməz.
Gecə-gündüz iki it, bir ovçııdur ruzigar,
Fələk bir göy şahindir, sürətlə qanad çalar.
Bir ovlaqdır bu aləm, bizi ovlasın deyə,
O iki it yerdədir, şahin qalxmışdır göyə.
Ağlım havaya qalxmış, şahintək qanad çalar,
Görsün şahinlə itlər necə edirlər şikar?
İtlə şahin izinə düşmüş aciz bir quşam,
Qorxudan paralanmış, ciyərimi udmuşam.
Halım yamandır, yaman, ürəyimdə yox tavan,
Halla ürəkdən ötrü daim xətərdədir can.
Cansağlığı mənimçin təkcə arzudur ancaq,
Əfsus ki, o həmişə arzu olub qalacaq.
Hər arzunun dayağı bir ümiddir dünyada,
Canlılar ümid ilə verər ömrünü bada.
Arzu elə bir əldir, tamah tingini əyər,
İstək onun göküdür, tapmaq - yarpaqla bəhər.
Tamah asandır, ancaq çətin işdir istəmək,
İstəməkdən çətindir istəyi əldə etmək.
Arzum olan bir şeyi istədikdə dünyadan,
Sərxoş ikən ödəyir istəyini çox asan.
Lakin, dünya qurulmuş nanəcib təməlindən,
Ayılcaq, verdiyini, tutur, alır əlindən.
Zamanın məktəbində önümdə bir lövhə var,
Üstündə gecə-gündüz "arzu" sözü yazılar.
Bu məktəbdə bir uşaq hələ görməmişəm mən,
Ki, vəfa surəsini deyə bilsin əzbərdən.
Necə vəfa ayəsi unudular? "Quran"da
"Ufu biəhdi" sözü var surə qurtaranda.
Mənim könlüm bakirə, qız-oğlandır əhdimiz,
Qız-oğlanın yanında bakirə qalar təmiz.
Bakirə könlüm çəkər dad qəzanın əlindən,
Şəhrəbanu inləyir Ömərin işlərindən.
Gölgəm yerdə sürünər, deyil məndən xəbərdar,
Ahım dagı uçurar, fələklərə od salar.
Dəniz öz dalğasıyla dağın bağrını yardı,
Səs balığa çatmadı, Çünki, qulağı kardı.
Keçdi, hey keçdi ömür, illərini say, ötür,
Yaş əlliyə çatdımı, haqqı-hesabı bitir!
Qətrə-qətrə yaş süzür kirpiyin novdanından,
Sənin arzun budur ki, Xəzər yaransın ondan?
Kirpiyindən axan su abırını saxlayır,
Günəş qılıncı dəyən dağ qülləsi parlayır.
Qızıl tələb etmirəm, qızıla can atanlar,
Xəzan yarpağı kimi ayaqda tapdalanar.
Kimin başı qızılla zəmanədə yüksələr,
O baş yerə dikilər, sikkə zərbəsi yeyər.
Qızıl həvəskarının, tutaq ki, ağlı vardır,
Ağlın qızıl pul kimi üzü qabar-qabardır.
Ömür uzun, ya, gödək, sayılır nəfəs-nəfəs,
Hər nəfəs qəm sayılır, qəm gətirir hər nəfəs.
Qəm dünyadan doğulmuş, qəmdir, baxsan hər yana,
Qəm o qədər böyükdür, sığmayır bu cahana.
Cəfasıyla bu dünya özü qəmi doğurur,
Baltadır ki, oduna qığılcımla od vurur.
Qığılcımdan başlanan alov güclənəcəkdir,
Od aləmi tutanda balta nəyə gərəkdir?
Fərəh bir səhifədir dünyada, qəm min varaq,
Qismətimiz, müxtəsər, qüssə isə bir qalaq.
Gilə layiq görüldüm vücudumla gül ikən,
Ürəyim qanla doldu, paltarım oldu tikən.
Qəm ürəkdən doğuldu, yedi ürək qanımı,
Qidası hər uşağın məgər ana qanımı?
Od əvvəlcə bir ağac ürəyində doğular,
Şölə saçar hər yana, min ağacı adlayar.
Bu oyunbaz fələyi yeddi şirindil uşaq,
Al diliylə edibdir öz əlində oyuncaq.
Həyat gecə-gündüzün ikirəngli teliylə,
Yelpazətək dartınır gah elə, gah da belə.
Gecə köçsə ulduzlar türklər kimi səmadan,
Bu göçməkdən həyatın karvanı çəkər ziyan.
Necə quldur pusquda kəsər karvan yolunu,
Qarət edər malını, bağlayar əl-qolunu.
Xacə gördü könlümü, batıb dərdə, kədərə,
Dedi: - Dərd ondadır ki, sən çıxmısan səfərə.
De görüm, haradasan, nə yeyirsən? Söylədim:
- Yediyim öz qanımdır, olan budur, nə edim?
Nə xörək, hansı xörək, haradadır o xörək?
Əli qanda qalana, söylə, xörək nə gərək?
Dedi: - Mənə cavab ver, nədir arzun dünyada?
Sənə zəhər içirir, verir ömrünü bada?
Dedim: - Məni dərk cdən qəlbi təmiz bir insan,
-İstəyim, arzum budur mənim ancaq dünyadan.
Ömrümün son anında olsa belə həmdəmim,
Ölsəm, rahat ölərəm, ürəkdə qalmaz qəmim.
Elə günə qalmışam - yaşamağım hədərdir,
Tikan güldür mənimçin, qanqal isə şəkərdir.
Boyun vurmaq olubdur hər qılıncın arzusu,
Vəhşinin axtardığı çöldə otdur, göldə su.
Qılınc əgər baş vurur, o baş baş olsun gərək,
Xoşdur qəssab kəsdiyi keci gök olsun, erkək.
Səfeh, əfəl adama heç yaman göz dəyərmi?
Anadangəlmə bir kor gözağrısı çəkərmi?
Cahil eyşü işrətdə, fazil əziyyətdədir,
Fəzilət unudulmuş, cəhl isə qiymətdədir.
Xəzinələr alçağın, möhtacdır azadələr,
Bu qisməti yazanın gözü kor olmuş məgər?
Fazilləri zəmanə zülmünə seçmiş hədəf,
Asudədir zülmdən bu aləmdə bişərəf.
Güvənin cod palazla, çuvalla nə kini var?
Tirmə, Şüştər ipəyi olsa, kəsib doğrayar!
İşlər tərsinə dönmüş, zamanın, yaxşı baxsan,
Donunun üzü bezdir, astarısa qumaşdan.
"Aləm" sözü "elm"dən yaranmışsa da, ancaq,
Cəhalət bu aləmdən elmi qaçaq salacaq.
Budaq məna kəsb edib, gök mənanı itirmiş,
Zəmanənin şaxəsi belə bəhər yetirmiş,
Can quşuna ürəyin qanadı qüvvət verər,
Gəz ağacından oxa Zali-zər qiymət verər.
Pak insanın qəlbini fələk, adətdir, qırar,
Zali-dəstan atası tərəfindən atılar.
Elm əhlinin ürəyi əcəb böyük ürəkdir,
İdris Öz şüuruyla göyə yüksələcəkdir.
Ömür gülüstanmı, zaman bazarını gəz,
Gülü tikan, qazancı ziyan etmişdir əvəz.
Hər xoş xəbər dalınca yetişir bir bəd xəbər,
Hər məhərrəm ayının ardınca gəlir səfər.
Aclığı al gözünə, alçaqlara əl açma,
Aslan yesə, tülkünün himayəsinə qaçma.
Zamanə ki, əliylə həyat süfrəsi saldı,
Qab dibi yalayanlar o süfrədən kam aldı.
Cavanlıq xərməninə bəzək olan sünbülü,
Gördü fələk, yandırdı, göyə sovruldu külü.
Ağlamaqda qapılar açmağa varsa hünər,
Ümidin tarlasını bitirə bilməz məgər?
Qamış isitmə kəsir? Bəs niyə onda aslan,
Qamışlıqda yaşayır, isitmə getmir ondan?
Deyirlər: qara xətdir yaman gözü dəf edən,
Üzü qara ləkəli Ay əriyir bəs nədən?
Ağlayıb, mən deyirdim dünən özüm-özümə:
Ürəyim parçalanıb, qanı dolmuş gözümə.
"Dostlar ölmüş!" Çatınca qulağıma bu xəbər,
Sanki mənim qəlbimi iki yerə böldülər.
Qulağı sayəsində öldürülsə bir adam,
Qam gedər hədərə, istəməzlər intiqam.
Bəli, səbəb qulaqdır, düzünü bilsən əgər,
Xəzərdə məskən salan qunduzu öldürürlər.
Qan nöqtəyə döndərdi ürəyimi bu səfər,
"Səfər" o nöqtə ilə çevrilib oldu "səqər".
İlboyu qürbətdəyəm, vətənimdən didərgin,
Doqquz ay yollardayam, üç ay mənzildə əzgin.
Yox, yox, şükürlər olsun, bəxtim tutub əlimdən,
Barsız ağac, boş bazar, necə şükr etməyim mən?
Vədələri bəxtimin çoxdur, gəlməz hesaba,
Ancaq vəfa sözünü salmayıbdır kitaba.
Şadlığın gəmisində mahir gəmiçidir bəxt,
Səadət tarlasında ustad əkincidir bəxt.
Yerə düşsün bəxtimə xain baxan bəbəklər,
Bəxtimin qapısında qara quldur fələklər.
Bəxt quşunun arzunun yuvasında yeri var,
Səmasından səhərin gün görpəsi doğular.
Bəxtimdəndir bəlkə də, mənim yazdıqlarımdan,
Dünyanın hər yerinə göndərirlər ərmağan.
Nemətlərlə, bəxt ilə mümkündür istirahət,
Su ilə, ya kəsəklə almaq olar təharət.
Fəxr edirəm Şirvanla, vətənimdir o diyar,
Günəş qərbin önündə haqqlı edər iftixar.
Təbriz gözəl şəhərdir, orda qalmaq şərəfdir,
Qətrəni inci edən yaxşı mənzil - sədəfdir!
Niyə doğma yurdunda qala bilməyir insan?
Bəli, tər incilərə sədəfdir qara zindan!
Şəhərlər arasında Təbrizin şöhrəti var,
Ancaq Şirvan şərifdir, izzəti, hörməti var.
Demə, Şirvanın adı şər sözündən yaranmış!
Şərəfvandır, dünyada xeyirlə ad qazanmış.
Düşündükcə, görürəm, vətənimdir Şərəfvan,
Ancaq adında düşmüş illət hərfı ortadan.
Eyib tutma Şirvana, Xaqaniyə gühnə sən!
Demə, "şər"lə başlayan şəhərin oğluyam mən!
İki hərf ki, deyirsən, ləkəsidir şəhərin,
Şəriətin əvvəli, axırıdır bəşərin.
Şərqin, Qərbin əvvəli şərdir, ğərdir, nə edək?
Günəş Şərqdən çıxıb, Qərbə getməsin gərək?!
"Qərib" kəlməsinin də əvvəli "ğər" oxunar,
Dəniz, quru qəribi olub məşhur adamlar.
Bəlkə də söyləyərsən, Kaşğər müşkü bifərdir,
Çünki "Kaşğər" sözünün son iki hərfi "ğər"dir.
"Bədəxşan" sözünün də əvvəli "bəd"dir, amma,
Ən yaxşı gövhərlərin kanı olub dünyada.
Təbrizin də adında "təb" sözü vardır, ancaq,
Hər xəstə o şəhərə gəlsə, şəfa tapacaq.
Bir heyvan var Tibetdə, müşk ondan doğulur,
Özü hünər kanıdır, adı ancaq ahudur.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-27
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbləq at altındadır bir belə meydan ilə.
Dəhr qara süfrədir, el hamı mehmanıdır.Süfrəsinin yox duzu, bu, onun ünvanıdır.
ما را دلی است زله خور خوان صبحگاهجانی است خاک جرعهٔ مستان صبحگاه
Göç təblinin səsinə oyandım səhər-səhərKeçdi gecə nə tez, deyə, yandım səhər-səhər.
Başqa şairlərin şeirləri · Fələk və tale
Mən tale-bəxt oyununda naşıyam,Bu torpağın yumruq boyda daşıyam.
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Quzğun üçünBir zamanlar vəcdə gəldim coşğun səsindən,Dinlədikcə dərdlərini sarıldım saza.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."