تو را در دوستی رائی نمی‌بینم، نمی‌بینمچو راز اندر دلت جائی نمی‌بینم، نمی‌بینم

تمنا می‌کنم هر شب که چون یابم وصال توازین خوشتر تمنائی نمی‌بینم، نمی‌بینم

به هر مجلس که بنشینم توئی در چشم من زیراکه چون تو مجلس آرائی نمی‌بینم، نمی‌بینم

به هر اشکی که از رشکت فرو بارم به هر باریکنارم کم ز دریائی نمی‌بینم، نمی‌بینم

اگر تو سرو بالائی تو را من دوست می‌دارمکه چون تو سرو بالائی نمی‌بینم، نمی‌بینم

ننالیدم ز تو هرگز ولی این بار می‌نالمکه زحمت را محابائی نمی‌بینم، نمی‌بینم

در این صحرا ز هر نقشی که چشم از وی برآسایدبجز رویت تماشائی نمی‌بینم، نمی‌بینم

چگونه نغمه خاقانی نسازم عندلیب‌آساچو او گل گلشن آرائی نمی‌بینم، نمی‌بینم

در این میدان جانبازان اگر انصاف می‌خواهیچو خاقانیت شیدائی نمی‌بینم، نمی‌بینم

Dostluğunda bir sədaqət görmürəm, görmürəm!
Sirr saxlayan qəlb, mətanət görmürəm. görmürəm!

Vəslin üçün var başımda min xəyal hər gecə,
Bundan şirin arzu, niyyət görmürəm, görmürəm!

Hər məclisdə olsan, gözüm səndədir, nazənin!
Məclislərə səntək zinət görmürəm, görmürəm!

Həsrətinlə yaş tökəndə gözlərimdə hər dəfə,
Dəryalardan kəm əlamət görmürəm, görmürəm!

Mən sevirəm səni, Çünki, sərvsən, ey gözəl!
Sən kimi sərvqamət görmürəm, görmürəm!

Sitəmindən ağlamazdım, indi isə ağlaram,
Zəhmətimə, Çünki, qiymət görmürəm, görmürəm!

Nəzərimi valeh edən bu çöldə, bu çəməndə,
Üzün kimi gözəl surət görmürəm, görmürəm!

Ey Xaqani! Bülbül kimi mən necə ötməyim bəs,
Ki, onuntək zərif xilqət görmürəm, görmürəm!
Bu meydanda, ədalətlə desək biz, eşqdə,
Xaqanitek xoş təbiət görmürəm, görmürəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar