از کف ایام امان کس نیافت
از کف ایام امان کس نیافتوز روش دهر زمان کس نیافت
شام و سحر هست رصددار عمرزین دو رصد خط امان کس نیافت
رفت زمانی که ز راحت در اونام غم از هیچ زبان کس نیافت
و آمد عهدی که ز خرمدلاندر همه آفاق نشان کس نیافت
اهل میندیش که در عهد ماسایهٔ عنقا به جهان کس نیافت
جنس طلب کردی خاقانیاکم طلب آن چیز که آن کس نیافت
Zəmanənin əlindən kimsə aman tapmadı,
İnsan oğlu dünyada xoş bir zaman tapmadı.
Gecəylə gündüz ömrün iki hesabdandır,
Onlardan aman əsla heç bir insan tapmadı.
Getdi rahatlıq dolu o vaxtlar ki, bir kəsin,
Qəm odu ürəyinə gizli məkan tapmadı.
Bir elə vaxt gəldi ki, şad insan axtaranlar,
Yer üzünü dolandı, ondan nişan tapmadı.
Öyrənmiş vəhşiləri əhl hesab etmə sən,
Simurğu axtaranlar bir iz ondan tapmadı.
Ey Xaqani, özünə həmdəmmi axtarırsan?
Onu bu vaxta qədər bir axtaran tapmadı.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-28
← → düymələri ilə keçid, R — təsadüfi şeir