بر دیده ره خیال بستی
بر دیده ره خیال بستیدر سینه به جای جان نشستی
وز غیرت آنکه دم برآرمدر کام دلم نفس شکستی
مرهم به قیامت است آن راکهامروز به تیر غمزه خستی
تا خون نگشادم از رگ جانتبهای نیاز من نبستی
از چاه غمم برآوریدیدر نیمهٔ ره رسن گسستی
دیوانه کنی و پس گریزیهشیار نهای مگر که مستی
گر وصل توام دهد بلندیهجران تو آردم به پستی
تو پای طرب فراخ مینِهما و غم عشق و تنگدستی
نگذاری اگر چنین که هستموامانمت آنچنان که هستی
خاقانی را نشایی ایراکخود بینی و خویشتن پرستی
Qoydun gözlərimi üzünə həsrət,
Sinəmdə ürəyim sən oldun, afət!
Səsim yetişməsin deyə bir yana,
Kəsdin nəfəsimi, qalmadı taqət.
Kimi yaralasan nazü qəmzənlə,
Ona əlac olmaz, qopsa qiyamət.
Sən üzüb, aldıqca canımı əldən,
Yandım, söndürmədin, ey bimərhəmət!
Özün nicat vermək istədin qəmdən,
İpi yan yolda doğradın, fəqət!
Məni Məcnun edib, sonra qaçırsan,
Bəlkə sərxoşsan, ey fəriştə surət?
Göyə qaldırırsa vüsalın məni,
Alçaldır başımı ayrılıq, möhnət.
Şadlıq qədəmini genişçə at sən,
Biz dərdi-eşqinlə tutaq ünsnyyət.
Məni dəyişsə də hicran əzabı,
Necəsən, saxlaram səni əmanət.
Özünü sevənsən, xudbinsən, gözəl!
Yoxdur Xaqanidə ancaq bu xislət.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-342
← → düymələri ilə keçid, R — təsadüfi şeir