هر که در عاشقی قدم نزده است
هر که در عاشقی قدم نزده استبر دل از خون دیده نم نزده است
او چه داند که چیست حالت عشقکه بر او عشق، تیر غم نزده است
عشق را مرتبت نداند آنکهمه جز در وصال کم نزده است
دل و جان باخته است هر دو به همگرچه با دلربای دم نزده است
آتش عشق دوست در شب و روزبجز اندر دلم علم نزده است
یارب این عشق چیست در پس و پیشهیچ عاشق در حرم نزده است
آه از آن سوختهدل بریانکو به جز در هوات دم نزده است
روز شادیش کس ندید و چه روزباد شادی قفاش هم نزده است
شادمان آن دل از هوای بتیکه بر او درد و غم رقم نزده است
Aşiqlik dünyasına qədəm qoymayan insan,
Ürəyinə gözündən axıtmamışdır al qan.
Hər kəsə ki, vurmayıb qəm oxunu məhəbbət,
O, eşqin qüdrətini biləcəkdir haradan?
Sevginin mənasını duya bilməz o kəs ki,
Günü vüsaldan ayrı keçməmişdir bircə an.
Könlünü ovlayanla bircə kəlmə kəsmədən,
Aşiq edər canını, könlünü yara qurban.
Dostun eşqinin odu gecə-gündüz alışmış,
Şölə saçır ürəkdə, olmuş canım çırağban.
Eşqin yolu bağlanıb, sirri nədir, ilahi,
Heç bir aşiq məhrəmtək girməyir qapısından.
Yazıqlar, vay o qəlbi yanmış aşiqlərə ki,
Bir qədəm ayrılmamış eşqin astanasından.
Onun şadlıq gününü görən yoxdur, gün nədir?
Ona toxunmamışdır şadlıq yeli arxadan.
Xaqaninin könlünü şadlandırdı həvəsi,
Dərdü qəm yazılmayıb ona əvvəl binadan.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-72
← → düymələri ilə keçid, R — təsadüfi şeir