مبر ای خواجه آب خاقانیکه زوال آب عمر تو ببرد

هرکه برگش دهد شکستن دلبشکند شاخ عمر و بر نخورد

چون به نیکان کسی بد اندازدبدش افتد چو نیک درنگرد

رگ چشم حیا کسی که بریدرگ جان بقاش اجل ببرد

بر عزیزان کسی که خواری کردزود گردد ذلیل و درگذرد

هرکه آرد به روی نیکان بدهم نتیجهٔ بدیش پی سپرد

نامهٔ مصطفی درد پرویزجامهٔ جان او پسر بدرد

Ey xacə, Xaqaninin üzündən suyu tökmə!
Töksən, bu su ömrünü zavala məhkum edər.
Bir kimsənin yarpağı könülləri qırarsa,
Öz ömrünün budağı qırılar, yeməz bəhər.
Yaxşılara yamanlıq istəyən bir adamın,
Yaxşı baxsa, özünün qarşısına çıxar şər.
Hər kəs kəssə həyanın gözündəki damarı,
Əcəl onun ömrünün damarını tez kəsər.
Dostlarına dünyada zəlillik istəyəni,
Özü zəlil bir halda dünyadan köçüb gedər.

Yaxşılığa yamanlıq eyləyən namərdlərin,
Özü öz əməlinin cəzasına yetişər.

Mustafa naməsini parçalayan Pərvizin,
Parçalanar göynəyi oğlu vuranda xəncər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri