ای تاجدار خسرو مغرب که شاه چرخ
ای تاجدار خسرو مغرب که شاه چرخدر مشرقین ز جاه تو کسب ضیا کند
درگاه توست قبلهٔ پاکان و جان منالا طواف قبلهٔ پاکان کجا کنند
تن را سجود کعبه فریضه است و نقص نیستگر دیده را ز دیدن کعبه جدا کند
گر تن به قرب کعبه نگشت آشنا رواستباید که جان به قرب سجود آشنا کند
از تن نماز خدمت اگر فوت شد کنونجان هم سجود سهو برد هم قضا کند
تن چو رسد به خدمت کی زیبد از مسیحکو خوک را به مسجد اقصی رها کند
گر جان به خدمت است تن ار نیست گو مباشدل مهره یافت مار تمنا چرا کند
چون مشک چین تو داری ز آهوی چین مپرسآه به چین به است که سنبل چرا کند
گرچه به سیر مشک شناسند لیک مردچون مشک یافت سیر گزیند خطا کند
دیوان و جان دو تحفه فرستادهام به توگردون براین دو تحفهٔ غیبی ثنا کند
دیوان من به سمع تو در دری دهدجانم صفات بزم تو ز اوج سما کند
ای آسمانت کرده زمین بوس و تا ابدهم آسمان ز خاک درت توتیا کند
بادت بقای خضر که تا خضر از این جهانصد سال آن جهانت شمار بقا کند
Ey Məğribin tacdan, fələklərin şahı bu gün,Məşriqdən üz göstərəndə səndən ziya alar bütün.
Pak adamlar qibləsidir sənin qapın hər bir zaman,Səndən başqa bir qibləgah tanımıram, ey hökmran!
Bu doğrudur ki, vacibdir səcdə etmək bir Kəbəyə,Gözüm səndən ayrılmaz mən baxım bir özgə qibləyə.
Bacarmadım Kəbəyə mən ziyarətə gedim əgər,Yaxın Kəbəm olan yerdə nə lazımdır uzaq səfər.
Əgər sənin qənşərində fövtə getsə bir namazım,Canım qurban olsa belə, yoxdur buna etirazım.
Xidmətinə çatan dəmdə yaraşaram Məsihayə,Buraxsın öz donuzunu bu gün məscidi-Əqsayə?
Qoy bədənim olmasın heç, qulluğunda qurbansa can,Könül möhrə tapmış isə, nəyə gərək olsun ilan?!Doğrudur ki, müşki ancaq sarımsaqla yoxlayarlar,Kişi müşkü əldə etsə, sarımsağa hacətmi var?Çinin müşkü nəğd olanda, nəyə lazım Çin ceyranı?Qoy otlasın Çin ceyranı çəmənlikdə gül-reyhanı.İki töhfə göndərirəm - biri candır, biri əsər,Qaibanə alqışlayar töhfələri uca göylər.Əşarımın bu divanı inci səpər məclisinə,Hər bir beytim hüzurunda layiq olar, bil, təhsinə.Səma sənin torpağını öpən dəmdə, ey hökmran,Gözlərinə bir tutiya edər onu hər bir zaman.Xızır qədər ömrün olsun zirvələri aşa-aşa,Hər günün qoy min il olsun, bu hesabla yüz il yaşa!
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qite-143
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
تا گشت رخت روشنی اندوز از روزشب شد روزم، شبم بیفروز از روز
Olubdu qəm yatağı, şad gördüyün könlümOlubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin