Əli
Ərşi zəmin nohu qələm yox ikən,Varlığa hamıdan tez gələn Əli.Ustadlar ustadı özü olubdur,Cəbrayil məqamın düz bilən Əli.
Sənin hörmətinə quruldu varlıq,Həyatın zəmzəmi, o suyu dirlik.Səndən kəşf olundu, elm və birlik,Cəmi dillərnən söz bilən Əli.
Xəstə Qasım üzərmi daməndən əli?Aləmi zərridə demişəm bəli.Bir ismin Əlidi, bir ismin Vəli,Cəmi pünhan dərdi tez bilən Əli.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-eli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dəniz tamaşası
Günəş qürub ediyor; göy... mühitimiz gömgöy...Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Ağ yalançıBir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.