Şeyfullahını
Qəzəb nak olanda, heydarı kərrar,Kafərə yetirdi seyfullahını.Cəbrayil şapərin salmasa yerə,Zülfüqar kəsərdi gavu mahını.
O bəndi bağlayıb üstündə duran,Ayı mişak edib günə hayqıran.Şəhadət barmağıyla vurub sındırdı,Xeybərə yetirdi yadullahını.
Əli Düldül mindi, Məhəmməd Buraq,Qulam astananda ya şahı çıraq.Abuzər Əlini eylədi qonaq,Qırx yerdə söylədi mehmangahını.
Yığılıb bir yerə etdilər carı,Fatimə onları çox gördü karı.And içdi mən olum allaha sarı,Mövlam çölə qoymuyub qədəmgahını.
Qəbul olsun Xəstə Qasmın duası,Ərənlər sərdarı Qəmbər ağası.Səs gəldi Fatmaya tutma bu bəhsi,Əli ərşdə vurur şeyfullahını.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-seyfullahini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu rəmz ilə xitab etdi Xəlilullah insana,Ona şahid ayla, gunəş, odur allah insana.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Nə gözəl imişBir gün bir nazənin gəldi güzara,Gülgəz simaları nə gözəl imiş.
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi