Munca cövr etdin mənə, namehribanlıqdan nə sud?Öldürəndən sonra, ey can, mehribanlıqdan nə sud?

Qəhrin ilən təlx keçdi çünki ömrüm dünyədə,Yaşım üzdən istəyibən, şadimanlıqdan nə sud.

Bilməzəm neçün durur düşmənliyin bu növilən,Lütfini göstərməyib, həm bu yamanlıqdan nə sud.

Çünki rəhmin yoxdurur, mən piri-eşqin halına,Bu cahan bağində, ey sərvim, cavanlıqdan nə sud.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, dilbərin çün kim, cəfa eylər sənə,Bivəfa aləmdə böylə zindəganlıqdan nə sud.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq