Çeşmi-məstin rovişi-nərgisi-sirab aparır,Taqi-əbruylərin rövnəqi-mehrab aparır.

Qanlı göz yaşını qət etsə üzün şövqü, nola,Bərgi-gül şəbnəmini mehri-cahantab aparır.

Mana derlər, çəkərək get səri-kuyinə onun,Heç deməzlər ki, salıb qoynuma qüllab aparır.

Mərdümi-didələrim hicr günü Nuh-asaO qədər əşk tökər, aləmi seylab aparır.

Şamlar tişeyi-Fərhad salır dağə səda,Bəstəri-nazdə Şirini şəkərxab aparır.

Dil tutuldu, rəhm– meyxanə tut, ey zahid kim,Qəmi sağər dağıdır, dərdi meyi-nab aparır.

Yarı derlər ki, gedir Zakirinə çarə edə,Nuşdarunu öləndən sora Söhrab, aparır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana