Ol gün ki, bu xakidanə düşdüm,Tiri-fələyə nişanə düşdüm.

Bildim sitəmü qəmü ələmdirÇərxin rəvişi, fəğanə düşdüm.

Eşq aldı əlimdən ixtiyarım,Rüsvay oluban cahanə düşdüm.

Bir Leylimisal yarı gördüm,Məcnun kimi xanə-xanə düşdüm,

Əqlimi verib mətai-eşqə,Sud eyləmədim – ziyanə düşdüm.

Oxşar ləbini dedim, şərabə,Qan eyləmədim ki, qanə düşdüm?!

Zakir, nə yamanlıq eyləmişdimBilməm ki, belə yamanə düşüdüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq