O gün ki, ateşinlik arizi-cananə yazmışlar
O gün ki, ateşinlik arizi-cananə yazmışlar,Məni-sərgəştəni ol ateşə pərvanə yazmışlar.
Sənəmlər fikri çıxmaz xatirimdən bir zaman, guya,Yazan dəmdə bu viran olmuşu bütxanə yazmışlar.
Ayağın kəsmə məndən, saqiya, pəeşminəpuşəm deyn,Məni lovhi-əzəldə sərsofi-məstanə yazmışlar.
Nə vəch ilə, dedim, qaşın düşüb kəc müshəfi-rudə,Dedi: qanuni-xətdir, səhv imiş, ünvanə yazmışlar.
Sərü simayi-cananı çəkiblər bir-birindən xoş,O ki çeşmi-siyəhməsti, bəsi şahanə yazmışlar.
Nədir həddi ola həmta mənə gümnam aşaiqlər,Məni-divanənin adın necə divanə yazmışlar.
Həram olsun görüm nanü nəmək, derlər, meyü badə,Dəhən sirrini məxfi qönçeyi-xəndanə yazmışlar.
İki meygun ləbin vəsfin sənin, ey şuxi-şirinkar,Datırmış kilki-Xızrı çeşməyi-heyvanə, yazmışlar.
Könül cəmiyyətində namümidəm, Zakira, qismətOnun hər parəsin bir naveki-müjganə yazmışlar.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-o-gun-ki-atesinlik-arizi-canane-yazmislar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hüsni-nigar əhli-nəzər afitabıdır,Qoymaz, nə sud görməyə, geysu səhabıdır.
Çeşmi-məstin rovişi-nərgisi-sirab aparırÇeşmi-məstin rovişi-nərgisi-sirab aparır,Taqi-əbruylərin rövnəqi-mehrab aparır.
Cahan içrə mənim bir dilbəri-naməhribanım varCahan içrə mənim bir dilbəri-naməhribanım var,Nə cövrinə şəkibim, nə cəfasına təvanım var.
Cahan içrə mənim bir səngdil, bimehr mahım varCahan içrə mənim bir səngdil, bimehr mahım var,Büti-peymanşikən, şuxçeşmi-gəcnigarım var.
Başqa şairlərin şeirləri · Eşq
Gözəl qız, sən saf susan,İki qəlb arzususan.
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.