Açın ürəyimi, həkimlər, açın
Sabah İstanbulda Cərrahpaşa xəstəxanasında şairqardaşım Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatıaparacaqlar. Aktyor dostum Mikayıl Mirzə bu xəbəri mənəçatdıranda bərk sarsıldım. Əməliyyat qabağı Xəlil Rzanınürəyindən, görəsən, nələr keçib. Bu şeirin mövzusunuMikayıl verdi, adını mən verirəm.
Altmış yaşı da qoydum arxada,Altmış ilimin qırxı döyüşdə!Dən yox, dərd üyüdən bir dəyirmanam,Dəhnəsi döyüşdə, çarxı döyüşdə!Qorxaqsan, döyüşdə mübarizəsiz,Girdinsə, yox olar qorxu döyüşdə!Heç bir xəstəliyə baş əyməsəm də,Xəstəsi olmuşam arzularımın,Xəstəsi olmuşam diləklərimin.Bugünkü müstəqil Azərbaycana,Nurunu vermişəm baxışlarımın,Gücünü vermişəm biləklərimin!Bütün arzuların zirvəsindədi,Məni İstanbula yetirən arzu!Könüllər fatehi Xəlil RzanıFateh şəhərinə gətirən arzu!Qoy mənim sinəmi Türk eli yarsın!Qoy mənim sinəmi Türk əli yarsın!Sarğını, məlhəmi bir kənara qoy,Dərdimin dərmanı Turandı, qardaş!Turan mənim üçün yerdən çıxan od,Göydən nazil olan “Quran”dı, qardaş!
Tibetdən Altaya, Anadoluya,Təbrizə, Bakıya, Qarsa, Boluya,Mənim ürəyimin nurunu saçın,Açın ürəyimi, həkimlər, açın!
Siz mənim sinəmi yara bilsəniz,Siz mənim ruhumu duya bilsəniz,Şairi yaranda şairə dönüb,Duymaq imkanını qıya bilsəniz,Könül sarayımda, can otağımda,İyirmi yanvarda qana bələnmişYaralı çiçəklər görəcəksiniz!Qalxan qasırğalar, qopan tufanlar,Sayrışan şimşəklər görəcəksiniz!Zəncanlı, Mərəndli, Gəncəli, Xoylu,Arxalı, dayaqlı, əsilli, soylu,Həsrətli, görüşlü, matəmli, toylu,Sarsılmaz bir cahan görəcəksiniz!Hələ bölünməmiş, paralanmamış,Bütöv Azərbaycan görəcəksiniz!Bir az yanağımı solğun görsəniz,Bir az xəyalımı dalğın görsəniz,Bir az varlığımı çılğın görsəniz,İş nə gecikməsin, nə tələsməsin,Barmaq titrəməsin, əllər əsməsin.Qorxunu unudun, qorxudan qaçın,Bir şair qəlbində görün nələr var,Açın ürəyimi, həkimlər, açın!
Siz mənim sinəmi yara bilsəniz,Yarılan dözsə də, yaran qan ağlar.Hər daşın fəryadı ərşə dayanar,Hər dağın başında bir duman ağlar.Məni yandırmazdı qışın sərtliyi,Yağılar əlində yumağa dönmüşƏsirim, girovum yandırır məni.
Qanımda çovğunum, canımda odum,Saçımda qırovum yandırır məni.Qolumda qurumuş iki damar var,Birisi Qarqardı, birisi Xaçın.Qarabağ qəlbimin şah damarıdı,Açın ürəyimi, həkimlər, açın!
Dünyada elə bir qaya yoxdu ki,Mənim sinəm kimi çapıla bilsin.Ərəstun dirilə, Əflatun gələ,İnana bilmirəm bu yer üzündəDərdimin dərmanı tapıla bilsin!Vaxtında hayına çatammamışam,Borçalı yaş tökür, Dərbəndim ağlar.Hər dəfə dillənib Göyçə deyəndəHər sözüm, hər misram, hər bəndim ağlar.Harda öyündüyüm bir parça varsa,Alov içindədi, od içindədi.Vaqif məqbərəsi dururmu görən?Ələsgər məzarı yad əlindədi.Hökmünə nə deyim vaxtın, zamanın,Yüz günü qəmliyəm, bir günü şadam.Dırnağım qanlıdı, təpəm tüstülü,Təpədən-dırnağa dərdəm, fəryadam.Əlimdən o boyda şəhərim gedib,Dağılan Şuşayam, talanan Laçın,Yerin tufanıyam, göyün dumanı,Açın ürəyimi, həkimlər, açın!
Mənim torpağımda şəhid qanı var,Torpağım qırmızı, daşım qırmızı.Gülsəm, gülüşüm də qan rəngindədir,Ağlasam, gözümdə yaşım qırmızı.Şəhid atasıyam, şəhid oğlumun,Ölü də, diri də mənimdir elə.
Xətrinə dəyməsin Təbriz balamın,Sağında, solunda çoxdu qəbirlər,O qəbrin biri də mənimdir elə.Adını nə qoyum, bilə bilmirəm,Ata barmağında yanan qələmin,Ana əllərində yolunan saçın.Görmək istəyirəm nəvələrimi,Təbrizsiz, Xəlilsiz darıxar onlar,Açın ürəyimi, həkimlər açın!
Məni yaşamağa qoymadı dünya,Vaxtım qanda keçdi, qadada keçdi.Ömrüm vəhşilərlə baş-başa vermişBir daşlı, çınqıllı adada keçdi.Əqrəb əllərimi çaldı, dişlədi,İlanlar dolaşdı ayaqlarıma.Qanqal gözlərimin içinə girdi,Tikanlar sancıldı barmaqlarıma!Pələnglə, aslanla döş-döşə gəldim,Yenə bükülmədi dizlərim mənim.Çaqqalın, tülkünün bezdim əlindən,Nələrə şahiddi gözlərim mənim.Biri yeyən olub, mini yeyilən,Quzu dərdim də var, qurd dərdim də var.Biri döyən olub, mini döyülən,Torpaq əzabım da, yurd dərdim də var.Onsuz da sayını itirmişəm mən,Saymaqla tükənməz min dərdim də var.Dilimin dərdləri hələ bir yana,Mənim bir qovğalı din dərdim də var.Dövlət də, sərhəd də bir bəhanədir,Bugünkü davalar din davasıdı!Oyanan islama, türkə, ərəbə,Nifrət davasıdı, kin davasıdı!Bu gün nə fikrimdən gəzmək, dolanmaq,Nə də xəyalımdan kef-damaq keçir.
Bu din davasında əsgər olmağa,Bu dil savaşında səngər olmağaKönlümdən bir dəli yaşamaq keçir.İsa “İncil”ini qoysun ortaya,Musa “Tövrat”ını qoysun ortaya,Məhəmməd nurundan alım eşqimi,Mən də “Quran”ımı gətirim gəlim!Çəksin haqqımızı haqq tərəzisi,Dişimdə canımı gətirim gəlim!Dirçəlir xaçpərəst, oyanır islam,Döyüşü başlanır “Quran”la xaçın.Görək bu meydanda kim itirəcək,Görək bu meydanda kim qazanacaq.Açın ürəyimi, həkimlər, açın!Açın ürəyimi, həkimlər, açın!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-acin-ureyimi-hekimler-acin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
YaxşıdıKamal sərf edənlər, kamil olanlar,Əgər qulluq etsən, sənət yaxşıdı.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
ŞuşaBurda nəğmə yaz çiçəyi kimidir:tez yaranır, tez gül açır, boy atır.