Əbədi yerində qalmaz bir qala
Sünbülün saraldı, döyülməlisən,İştah da, tamah da vəl ağzındadı.Xırmanlar sovurar, küləklər qovar,Dən kimi ömrümüz yel ağzındadı.
Ölməzlik eşqinə düşmə nahaqdan,Ölümün fərmanı haqdandı, haqdan.Şimşək başdan vurar, dalğa ayaqdan,Qayalar həmişə sel ağzındadı.
Qaya parça-parça, daş tala-tala,Əbədi yerində qalmaz bir qala.Lap belə bu əsri o əsrə cala,Yenə qəbir evi bel ağzındadı.
2002, 7 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ebedi-yerinde-qalmaz-bir-qala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Şikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
Əbədi beşikBabamızınkölgəli