Aparsın
Kim gedəndə məzarımın üstünə,Nə gül dərsin, nə çiçəklər aparsın.Dodağında Quranın bir ayəsi,Ürəyində xoş diləklər aparsın.
Dağ döşündə yaralanmış ahuyam,Dərd evinin, qəm mülkünün şahıyam.Dağ yandıran Füzulinin ahıyam,Hesabını qoy fələklər aparsın.
İgid canım, şəhid canım, mərd canım,Ağrılara möhkəm canım, sərt canım.Qoyma səndə meydan aça dərd, canım,Dərdin varsa, ver küləklər aparsın.
Dünya şeytan, dünya meydan, dünya qan,Baxıb gördük dünya axşam, dünya dan.Bir gün məni aparanda dünyadan,Qoy ya ruhlar, ya mələklər aparsın.
At büdrədi, meydan getdi, ər itdi,Ay Zəlimxan, yan, qəlbini ərit, di.Keçmişimi qara torpaq əritdi,Sabahımı gələcəklər aparsın.
2008, 15 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-aparsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Space” televiziya kanalında “Günaydın” səhər verilişində*çıxış edirdim. Vəfa adlı bir jurnalist xanımın “Zəlimxan*
Ramizin övladı2002-ci il aprelin 26-da Musiqi Akademiyasında Xalq artisti*Ramiz Quliyevin 55 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi*
Mahmudəli ÇöhrəqanlıyaMillətə can-can deyir,Zülmətə qan-qan deyir.
Səadət ButayaMüasir Azərbaycan poeziyasında, qadın şairlər arasında*şeirinin ahəngi, dərdinin rəngi ilə seçilən şairə bacımızdı Səadət*
Başqa şairlərin şeirləri
Ey cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,