Qardaş, söylə görüm İranda nə var,Eşitdim o yerdən təzə gəlmisən.Sənə bu yaşında gözəllər baxıb,Bir qız baxışında gözə gəlmisən.

Gözəllər əlindən alıb tabını,Çəkiblər məclisdə haqq-hesabını.Geyinə bilməyib ayaqqabını,Dönüb ayaqyalın bizə gəlmisən.

Ağıllı tərpənib tədbir tökənlər,Yaxanı çırmayıb yaxa sökənlər,Üzünü görməyib şallaq çəkənlər,Mey içib, dilində məzə gəlmisən.

Arifə qurbandı şairin canı,Gəl dostu-düşməni yaxından tanı.Dostumuz Nurəddin verib fitvanı,Zəlimxan dilində sözə gəlmisən.

2008, 20 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət