Arzu
Nə ömür tükənə, nə yol tükənə,Yeriyib gedəsən dağlara doğru.Zaman əllərində yumağa dönə,Keçəsən çağlardan çağlara doğru.
Aşılmaz sədləri bir-bir aşasan,Bir gün qaynayasan, bir gün daşasan.Getdikcə özünə yaxınlaşasan,Yatasan köklərə, tağlara doğru.
Təzə cığır sala, iz tuta insan,Yolu da yol kimi düz tuta insan,Üz qoya, Allaha üz tuta insan,Gedə dirilərə, sağlara doğru.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-arzu-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
VətənHalını soruram dağlar dalından,Ürəyim alışır bu əhvalından.
Naləmlə etmədi yar mənə imdadFəryadla etmədi o, könlümü şad.