Talıstan
Payız axşamında qoynuna gəldim,Güldü gözəlliyin taxtı Talıstan.Bir nazlı, sığallı gəlinə döndü,Sinəmə gül-çiçək taxdı Talıstan.
Qızıl meşəsinə yeriyəndə çən,Düşdü ağacların saçlarına dən.Yanıqlı bir sual qopdu dilindən,Qəlbimi yandırdı, yaxdı Talıstan.
Min çəmən göyərdi xəzan deyəndə,Dərələr saz oldu, ozan deyəndə.Hanı “Talıstan”ı yazan deyəndə,Yeridi dağ-dərə, axdı Talıstan.
Yollar ətəyini sərdi düzlərə,Töküldü dağların dərdi düzlərə.Sükut sinəsini gərdi düzlərə,Şairsiz görəndə vaxtı Talıstan.
Zirvəsi ucalıb dəysə də göyə,Bəzənib girmədi yaşıla, göyə.Vurğunu gözlədi gələcək deyə,Yola Zəlimxanla baxdı Talıstan.
1975, 20 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-talistan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə zamandı vaxt əlindən gileyliyəm,Can atıram, bir yanına gəlim, ana.
Doğma Xəzər, xeyli var ki, görüşmürükDoğma Xəzər, xeyli var ki, görüşmürük,Dalğaların səsi gəlmir qulağımdan.
Tovuz görüşləriQanad açıb bu yerlərə gələndə mən,Təbiətin bahar çağı, yaz günüydü.
Nənələr yaşayır nəvələr üçünQocalmaq istəmir qoca dünyada,Qızı ərə gedir, oğlu ər olur.