Doğma Xəzər, xeyli var ki, görüşmürük,Dalğaların səsi gəlmir qulağımdan.Pıçıltılar kəlmə-kəlmə yadımdadır,Ləpələrin sözü düşmür dodağımdan.

Unuduram, unudulur dərd də, qəm də,Adın gəlib xəyalımdan keçən dəmdə,Sənin kimi dəniz ola bilməsəm də,Qəlbi yanan su içərdi bulağımdan.

1977, 10 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri