Ay gözəl
Çox danışan bilib danlama məni,Səninlə söhbətim vardı, ay gözəl.İzin ver hüsnünü tərif eyləyim,Sinən dağlardakı qardı, ay gözəl.
Dili gətirənsən ləzzətə, tama,Kimə qismət olsan, o çatar kama.Əndamın pambıqdı, qoynun şamama,Ağ məmələr dəymiş nardı, ay gözəl.
Qoynunda ətri var mixəyin, hilin,Qaymaqdı dodağın, şəkərdi dilin.Qədirbilən ola barı sevgilin,Görməyəm ki, yerin dardı, ay gözəl.
1968, 8 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ay-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qara sazın yaddaşı
Qəbrə köçmür, qəlbə köçür,qana köçür
Saza baxsın tariximi yazanlarBoy boylamaq, söz söyləmək adətim,Qulaq asın, yasım-toyum danışsın.
ÖvladlarımaƏlli illik ömrümün dörd çiçəyi, dörd barı,Deyəcəklər sizlərə “şairin övladları”.
DoğuluşAnadan doğulmaq bir hünər deyil,Ömrü ömür kimi yaşamaq üçün