Anadan doğulmaq bir hünər deyil,Ömrü ömür kimi yaşamaq üçünŞirin bayatıdan, həzin layladan,Beşikdən, bələkdən doğulmalısan.Yerdə qasırğadan, göydə buluddan,Buludda şimşəkdən doğulmalısan.Gülün dodağından, göyün üzündənSüzülən ətirdən doğulmalısan.Bir sözdən oyanıb silkələnməli,Kəlmədən, sətirdən doğulmalısan.Təkcə anasından doğulmur insan,Doğma ana kimi əzizlədiyi,Nəfəsdən doğulur, ruhdan doğulur.Dahilər doğulur, dərdlər içində,Çəkdiyi ağrıdan, ahdan doğulur.Xalqın ürəyində, elin gözündə,Gül kimi bitəndə doğulur insan.Cahillik ölümdü, alimlik həyat,Kamala yetəndə doğulur insan.Arzular eşqinə insan oğlunun,Zirvə olmağı var, dağ olmağı var.Həyata ölməzlik gətirənlərin,Ölümdən sonra da doğulmağı var.

2001, 10 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar