Qaldı
Mən kimin yadında qaldım, bilmirəm,El mənim yadımda pir kimi qaldı.Çoxu ikiləşdi, çoxu dəyişdi,Bir Allah qəlbimdə bir kimi qaldı.
Verdim öz meylimi saza, aşığa,Bağlandım saz adlı bir yaraşığa.Duyanlar gözümdə döndü işığa,Köntöylər içimdə kir kimi qaldı.
Hamıya çatmadı çaldığım bu saz,Hardandı bu hava, bu səs, bu avaz?Suallar nə çoxdu, havalar nə az,Dünya gözlərimdə sirr kimi qaldı.
2001, 6 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qaldi-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oğul, elə saxla qəlbi, ürəyi,Göy kimi boşalıb-dolandan olsun.
TaleyimizƏlimiz qısadı, dilimiz gödək,Hanı tüfəngimiz, topumuz bizim.
Mənim yazıq qələmimNə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.
DərdAzərbaycan parlamentində, xalqımızın ali məclisində*özünü apara bilməyən bəzi millət vəkillərinə*
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim