Ay nainsaf, döndəribsən üzünü
Ay nainsaf, döndəribsən üzünü,Salam verrəm, heç almırsan vecə sən.Gözləyirəm, soruşasan halımı,Heç demirsən nə var, nə yox, necəsən?
Kim qatıbdı, qız, ağıya aşını?Az qalırsan yandırasan yaşını.Elə tökdün qabağını, qaşını,Elə bildim ay qaranlıq gecəsən.
1972, 15 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ay-nainsaf-donderibsen-uzunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Duman, gəl get bu dağlardan,Dağlar taza bar eyləsin.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
A yana-yanaBir Leyliyə urcah oldum, nə oldum,Məcnunam eşqindən ay ana-ana.