Dodaqdəyməz təcnis
Yenə nə yerişdi, nə sallanışdı,Yəqin xeyir işdi, gəlhagəlindi.Yarıcandı həsrətinlə yanan kəs,Çatdır əli ələ, gəl, ha gəl indi.
Çalış səndən razı qalsın qayın, ata,Yaxşı deyil ər inciyə, qayın ata.Şirin dillə “ay qız” desin qayınata,Qaynana çağırsın gəl ha, gəlin, di.
Can yanandı, diş inləyən, dil əsən,Yaxşılığı hər an gətir dilə sən.Nə istəsən qarşı gələr, dilə sən,Yaxşı yerindədi gəlhagəl indi.
1972, 16 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dodaqdeymez-tecnis-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ol gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
Vətən oğlanlarınınƏqidəsi dönməzdir,Məhəbbəti sönməzdir,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən